Rusiya-Ukrayna mədəni müharibəsində Sovet mahnıları, yeni mərhələ yaradıb

  • BBC Monitoring
  • Dünya medianın gözü ilə
Krımın Sevastopol şəhərində Bolşeviklərin çevrilişini qeyd edən kommunistlər (7 noyabr 2016).

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Krımın Sevastopol şəhərində Bolşeviklərin çevrilişini qeyd edən kommunistlər (7 noyabr 2016).

Ötən bir neçə həftə ərzində, Ukraynanın bəzi qatar vağzallarında, Sovet İttifaqı dövründə bəstələnən məşhur musiqilər, müğənni qrupları tərəfindən ifa olunub.

Fenomen, əyalət nostalgiyasının sadə nümayişi kimi başlasa da, Ukrayna ilə Rusiya arasındakı mədəni müharibənin növbəti seriyasına çevrilib.

Bu, köhnə bir mahı ilə başladı.

Noyabrın 13-ü Ukraynanın Zaporijya şəhər vağzalında gözləyən sərnişinlərdən biri olan cavan oğlan birdən rusca ifa etməyə başlayıb, "Yaz nə zaman gələcək, mən bilmirəm..."

Bu sözlər, 1956-cı ildə Zaporijiyada lentə alınmış və məktəb müəlliməsi ilə yerli dəmir qayırma müəssisəsi Zaporijstalın işçisi arasında yaşanan sevgi macərasında bəhs edən Sovet filminin giriş musiqisinə aiddir.

Başqa gənclər də ona qoşulur və az keçmədən bəzi yaşlı qadınlar da ifa etməyə başlayırlar.

Hadisə spontan musiqi ifasi kimi görünsə də, əslində Zaporijstalın yaranmasının 83-cü ildönümü münasibətilə TV5 yerli televiziya kanalının həm üzvü, həm də sahibi tərəfindən təşkil olunub.

Gənc müğənnilər isə, şəhərin musiqi akademiyalarından birinin tələbələri olub.

Siyasi imalar

"Bu, heç bir siyasi məqsəd daşımayan tədbir idi," Rusiya kiçik həcmli qəzeti Komsomolskaya Pravda-nın Ukrayna versiyasına danışan akademiya üzvləri bildirib. (bit.ly/2hgjtxl)

Lakin Ukrayna və Rusiya arasında yaşanan uzunmüddətli konflikt zəminində, mədəniyyət ilə siyasət eyniləşib.

İlin əvvəlində Ukrayna bir neçə Rusiya filminin nümayişinə qadağa qoyub. Ötən ay isə Moskvada yerləşən Ukrayna kitabxanasının direktoru, etnik nifrətə təhrik iddiası ilə məhkəməyə verilib.

Ukrayna həmçinin, ictimai həyatda Sovet İttifaqından qalma bəzi mirasları azaltmaq məqsədilə, bir neçə qanun layihəsi də qəbul edib.

Tələbə və sərnişinlərin Zaparojiya vağzalındakı ifa videosu internetə yayılıb və YouTube kanalında 1 milyon dəfədən çox izlənib. (bit.ly/2gjlBBN)

Bu, təqlidçiləri də həvəsə gətirib.

Bir həftə sonra bənzəri kliplər YouTube kanalına yeləşdirilməyə başlanıb. Zaparojiya kimi əksəriyyətinin rusdilli olduğu Ukraynanın Xarkov, Odessa, Dnepr də daxil olmaqla başqa şəhərlərində adamlar qatar vağzallarında Sovet mahnıları ifa ediblər.

Mahnıların rus dilində olması siyasi çalar alıb.

Odessa şəhərində müharibə dövrünün mahnılarıdan olan "Qarayanız qız"-ın ifasının təşkilində deyilənlərə görə, Müxalif Blokadanın region üzrə vəkili və Kiyev hökumətinin tənqidçisinin rolu olub.

Rusiya cavab verib

Ukraynanın qatar vağzallarında yaşanan musiqi tədbirləri, Moskvanın qarışlıqlı jesti kimi qiymətləndirilən eyni tədbirlərin təşkilinə səbəb olub.

Noyabrın 27-i Rusiya paytaxtının Kiyev Vağzalında rusiyalı musiqiçilər birləşərək ukraynaca qədim xalq mahnısı "Atları yəhərdən ayırın, oğlanlar!" ifa ediblər.

Çıxış, Kreml yönlü media tərəfindən geniş formada yayımlanıb. Məqsəd, mahnını siyasi miqyasda təqdim etmək olub.

"Ukrayna və Rusiya, düşmənçiliyə yer olmayan bir ailədir," Sankt-Peterburqda yerləşən Kanal Beş televiziya kanalı yayıb. (bit.ly/2gjCVrq)

Lakin, Kanal Beş və ya digər rus televiziya kanalları, tamaşaçılarına Ukrayna milli mahnısını ifasının, qatı milliyyətçi Rusiya pravoslav qrupu Qırx Qırxlar (Sorok Sorokov) tərəfindən təşkil olunduğunu deməyib. Qrup, keçmişdə Ukraynanın şərqindəki separatçı qüvvələr ilə yaxın münasibətdə olub.

Ukraynada bəziləri tərəfindən bu, ölkənin dövlətçiliyinə şübhə ilə yanaşma kimi qəbul olunsa da, bir çoxu müsbət qarşılayıb.

Odessada yaşayan jurnalist Olena Balaba, Rusiya tərəfinin videosunu paylaşan çoxlu istifadəçini Facebook dostluğundan çıxarıb.

Zaporijyanın bəzi yerlərində isə, münasibət çox yaxşı olub. Yerli xəbər internet səhifəsi Depo-ya əsasən, videonu bəyənənlər arasında "yerli vəkilləri, siyasi fəallar və hətta Ukrayna ordusuna könüllü yardım edənlər də var."

"Əla təbliğat vasitəsdir"

Keçən həftə ərzində Sovet mahnılarının ifa olunduğu videolar internetdə görünməyə başlayıb. Onlardan biri keçən ay Rusiyaya meylli prezident seçən Moldovada - paytaxt Kişinyovda - lentə alınıb.

Son videolar əvvəlkilərdən nisbətən, daha az məşhurlaşıblar.

Lakin buna baxmayaraq, Rusiya televiziyası hərəkatın məşhurluğunu yaymaqda davam edir.

"Adi insanların Kiyevdəki hazırkı hakimiyyət tərəfindən ilhamlanaraq artan millətçilik hisləri artıq, yavaş-yavaş qaydasına düşür," dekabrın 4-ü dövlətin Kanal 1 televiziya kanalı yayıb.

Kreml və ya onun səlahiyyətli orqanlarının Sovet ruhunu qızışdırmaq məqsədini sübut edən dəlil yoxdur. Lakin onlar, bunun yayılmasında ustadırlar.

Balaba öz Facebook səhifəsində qeyd etdiyi kimi: "30 yaşdan yuxarı adamların əzbər bildiyi Sovet musiqilərini vağzallarda ifa etmək, əla təbliğat vasitəsidir."