Bakıda ev heyvanlarının moda şousu
Bakıda ev heyvanlarının moda şousu
İçəri Şəhərdə baş tutan Pet Fashion Show ( Ev heyvanlarının moda şousu) Azərbaycan Moda Həftəsinin (Azerbaijan Fashion Week) çərçivəsində keçirilib.
Kolleksiyanın dizayneri Nailə Əliyevadır.
O, moda biznesi ilə 4 ildir ki məşğul olduğunu deyir. Lakin paltar dizaynı ilə bir ildir məşğuldur.
Nailənin sözlərinə görə, o istəyir ki bu tədbirdən sonra insanlar heyvanlara daha çox qayğı göstərsin.
Pet Fashion Show-da modelliyi öz sevimli ev heyvanları ilə birgə müğənnilər, ailə üzvləri, jurnalistlər və tədbir iştirakçıları edib.
Azərbaycan Moda Həftəsi öz işini şənbə günü yekunlaşdırıb.