Şaxta baba: Ucqarlıqdakı uşaqlara dəyərli olduğunu göstərmək istəyirik
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Ucqarlıqdakı uşaqları təbrik edən Şaxta baba: Onların dəyərli olduğunu göstərmək istəyirik

“Camping Azerbaijan” qrupunun üzvləri artıq üçüncü ildir ki, Şaxta baba geyimində ucqar kəndlərə üz tuturlar, özü də hədiyyə dolu torbalarla...

Gənclər keçən il 14 kənddə 400-ə yaxın uşağa hədiyyə çatdırıblar.

Bu il isə Quba və Qusarda ümumilikdə 21 kənddə olub, 700-dən çox uşaq sevindiriblər.

Onların ucqar kəndlərdəki səfəri hələ də davam edir.