Səudiyyə Ərəbistanı: Qadınlar futbol tarixini necə yazırlar?

Cümə günü oyunu üçün azarkeşlər Ciddədəki Kral Abdulla stadionuna yığışıblar Fotonun müəllifi AFP
Image caption Cümə günü oyunu üçün azarkeşlər Ciddədəki Kral Abdulla stadionuna yığışıblar

Səudiyyə Ərəbistanında qadınlar bu ay tarix yazırlar. Belə ki, onlara tarixdə ilk dəfə futbol matçını stadionda izləmək icazəsi verilib.

Onlar ölkənin üç böyük şəhərində yerləşən stadionlarda futbol oyunlarını canlı izləyə biləcəklər.

Səudiyyə Professional Liqası çərçivəsində cümə günü Ciddə şəhərinin Kral Abdulla İdman Şəhərciyində baş tutacaq əl-Əhli və əl-Batin arasındakı oyunda, qadınlar sevimli komandalarını dəstəkləyiblər.

Səudiyyə Ərəbistanı ötən aylar ərzində qadınlara əlavə haqlar tanımağa başlayıb. Buna səbəb fəalların tələbləridir. Bəs bu son addım nə dərəcədə böyükdür?

Qadınlar hansı oyunları izləyə bilərlər?

Yetkin yaşa çatan bütün qadınlar müşayiətsiz şəkildə Riyad, Ciddə və Dammam şəhərlərinin stadionlarına daxil ola bilərlər.

Yanvarın 18-i cümə axşamı günü ölkənin şərqində yerləşən Dammam şəhərinin Məhəmməd bin Fəhd Stadionunda qarşılaşacaq əl-İttifaq və əl-Faizalı komandalarının oyununu qadınlar da izləyə biləcəklər.

Bununla yanaşı, bu həftə Səudiyyə Ərəbistanında skvoş üzrə qadınlar arasında ilk turnir keçirilib.

2017-ci ilin noyabr ayında ölkədə universitetlər arası ilk qadın basketbol turniri baş tutub. Ciddədə keçirilən turnirdə 3000 qadın iştirak edib.

Fotonun müəllifi AFP
Image caption Səudiyyənin ilk qadın basketbol komandası Birləşmiş Ciddə 2009-cu ildə yaradılıb

Onlar stadionda harada oturacaqlar?

Qadınlar çox güman ki, stadionlarda xüsusi olaraq qadın və ailələr üçün təşkil edilən hissədə oturacaqlar.

Bu o deməkdir ki, uşaqlarla bərabər qadınlar da kişilərdən ayrı oturacaqları tutmalı olacaqlar.

Həmin oturacaqlar, xüsusi olaraq kişi ailə üzvü ilə müşayiət olunmayan qadınlar üçün təşkil edilib.

Fotonun müəllifi Getty Images
Image caption Qadınlar ictimai yerlərdə həmişə "abaya" adlı uzun don geyinməlidirlər

Bu yerlərin qəhvəxana və restoran kimi iaşə məkanları da qadınlar üçün xüsusi yerlərlə təmin edilib.

İctimai yerlərdə və başqa tədbirlərdə isə müsəlman qadınlar geniş və bütün bədəni örtən "abaya" adlı çadra ilə yanaşı baş örtüyü də geyinməlidirlər.

Niyə məhz indi?

Bu addım, Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın başçılıq etdiyi sosial islahatların bir hissəsidir. O, "2030-a baxış" dövlət proqramı çərçivəsində dəyişiklikləri həyata keçirmək niyyətindədir.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Səudiyyə: yalnız qadınlar üçün telefon dükanı

Məqsəd, səudiyyəli qadınlara daha çox azadlıq verməkdir. Belə ki, qadınlar ciddi gender bərabərsizliyi yaşayırlar. Bu cür yeniliklərdən ilki 2017-ci ilin sentyabrında qadınlar üçün sürücülük qadağasının aradan qaldırılması olmuşdu.

Eyni ayda qadınlara Səudiyyə Ərəbistanının Milli Günü şənliklərində iştirak etmək icazəsi verilmişdi.

Fotonun müəllifi Getty Images
Image caption Livanlı müğənni Hiba Təvaci Riyadda baş tutan ilk qadın konsertində ifa edib

Keçən il Səudiyyə Ərəbistanı, üç onillikdən çox davam edən kinoteatr qadağasını qaldırmaq barədə məlumat yayıb. İlk kinoteatrların bu ilin mart ayında açılacağı gözlənilir.

Dekabrda minlərlə qadın ölkədə baş tutan konsertdə iştirak edə bilib. Bu, qadın ifaçının çıxış etdiyi ilk belə konsert idi.

O vaxta qədər isə oxşar idman və əyləncə məkanları yalnız kişilər üçün olub.

Səudiyəli qadınlar özbaşına nələri edə bilməzlər?

Səudiyyə Ərəbistanında hələ də qadınların həyatlarında əsas yeri tutan kişilərin icazəsi olmadan edə bilmədikləri bir çox şey var.


Bunlara aşağıdakılar daxildir:

  • Pasport üçün müraciət etmək
  • Xaricə səyahət
  • Ailə qurmaq
  • Bank hesabı açmaq
  • Müəyyən biznes növlərini qurmaq
  • Əvvəldən müəyənləşdirilən tibbi əməliyyatlara baş vurmaq
  • Həbsxananı tərk etmək

Bu qadağalar Səudiyyə Ərəbistanın qəyyumluq sistemi əsasında tətbiq olunur. Bu isə İslamın sünni təriqətinin vəhhabilik kimi tanınan ciddi formasından qaynaqlanır.

Sistemə əsasən, hər bir qadın ictimai yerlərdə bir kişi tərəfindən müşayiət olunmalıdır. Həmin kişilər isə sadalanan vəziyyətlərdə onların yerinə qərar vermək səlahiyyətinə malik yaxın ailə üzvü olmalıdır.

Bu sistem, Yaxın Şərqin ən qeyri-bərabər ölkələrindən birinin yaranmasına səbəb olub.

Bu barədə daha geniş