Almaniya: Kürdlərin Afrin əməliyyatına qarşı etiraz aksiyası

Almaniya: Kürdlərin Afrin əməliyyatına qarşı etiraz aksiyası

Almaniyada kürdlər Türkiyənin Afrin əməliyyatına qarşı etiraz aksiyası keçiriblər.

Köln şəhərində yürüşə qatılanlar Türkiyə və prezident Recep Tayyip Erdoğan əleyhinə şüarlar səsləndiriblər.

Etiraz aksiyaları Almaniya ilə yanaşı Britaniya, Fransa, İsveç və Avstriyada da yer alıb.

Ankara Suriyanın şimalındakı Afrin bölgəsindəki kürd YPG birləşmələrinə qarşı hərbi əməliyyatı yanvarın 20-də başlayıb.

Türkiyə, Suriya kürdlərinin YPG qrupunu Türkiyə, Avropa və ABŞ-da terrorçu qruplaşmalar siyahısına salınan PKK partiyasının qolu hesab edir və onun Afrin ətrafında mövqelərinin möhkəmlənməsinə qarşıdır.