Meyvə çayının dişlərə təsiri məlum oldu - yeni araşdırma

Meyvə çayı Fotonun müəllifi Getty Images

Meyvə çayları və əlavə təm verilmiş su növləri kimi turş tərkibli içkilər dişin yeyilməsinə səbəb ola bilər, yeni elmi tədqiqatın nəticələrində göstərilir.

Onun yekunları Britaniyanın British Dental Journal dərgisində dərc olunub.

Tədqiqatçılara əsasən, xüsusən də yeməklər arasında içilən turşulu içkilərə görə dişdə eroziya əmələ gələ bilər.


Həmçinin oxuyun:

Alimlər hesab edir ki, yeməklər arasında qəlyanaltı edənlərin sayı artdıqca bu problem daha da kəskinləşir.

King's College London Universitetinin keçirdiyi araşdırmada diş eroziyasından əziyyət çəkən 300 pasient iştirak edib.

Fotonun müəllifi Getty Images
Image caption Tədqiqatçılara əsasən, tərkibində turşu olan içkilərə görə dişdə eroziya əmələ gələ bilər.

Alimlər meyvə şirələri, diet, şəkərli və təmli içkilərin tərkibində turşunun olduğunu bildirirlər.

Belə mayeləri ağızda mümkün qədər az saxlamaqla içmək tövsiyə olunur.

"Qəlyanaltı edərək bir alma yeyəcəksinizsə, həmin axşam tərkibində turşu olan başqa bir şey yeməməyə çalışın", - araşdırmanın müəllifi dr. Saoirse O'Toole deyir.

"Əgər axşam bir badə şərab içəcəksinizsə, onda səhər meyvə çayından imtina edin.

Sadəcə qidalanmada balans saxlayın".

Tərkibində turşu olan içkilər hansılardır?

  • Alkoqol
  • Meyvə çayları
  • Dad əlavə edilmiş su
  • Meyvə şirələri
  • Diet içkiləri
  • Şəkərli içkilər

Tərkibində turşu olmayan içkilər hansılardı?

  • Su
  • Çay
  • Qəhvə
  • Süd
  • Qazlı su

Bu barədə daha geniş