Səudiyyə Ərəbistanı qadınlara orduya qoşulmağa icazə verir

File photo showing members of the Saudi security forces march during a military parade in Mecca on 17 September 2015 Fotonun müəllifi AFP

Səudiyyə Ərəbistanı ilk dəfə olaraq qadınların silahlı qüvvələrə qoşulmağı üçün müraciətlərin qəbuluna başlayıb.

Hərbi xidmətə qoşulmaq istəyən qadınlar cümə axşamınadək Ər-Riyad, Əl-Qasım və Mədinə əyalətlərində əsgər rütbəsində xidmət etmək üçün ərizə verməlidirlər.

Xidmətin döyüşlərdə iştirakı əhatə etmədiyi görünsə də, qadınların təhlükəsizlik sahəsində işləmək imkanı olacaq.


12 tələbə cavab verməli olan namizədlər Səudiyyə Ərəbistanı vətəndaşı olmaqla yanaşı 25-35 yaş arasında olmalıdır. Onlar həmçinin məktəb diplomuna sahib olmalıdır.

Qadınların kişi qəyyumları da - adətən həyat yoldaşı, atası, qardaşı və ya oğlu - işin olduğu ərazidə yaşamalıdırlar.

Qadınları əsgərliyə cəlb etmək qərarı mühafizəkar müsəlman krallığında son aylarda təqdim olunan qadın hüquqlarının artırılması yönündəki islahatlarından biridir.

Kral Salmanın qərarına görə, qadınlar iyun ayından etibarən avtomobil sürə biləcəklər.

Qadın tamaşaçıların futbol yarışlarında iştirakına isə keçən aydan icazə verilib.

Hüquq müdafiəçiləri deyir ki, Səudiyyə Ərəbistanının ayrı-seçkilikli kişi qəyyumluq sistemi hökümətin ləğv cəhdlərinə baxmayaraq bütövlüyünü qoruyur.

Həmçinin izləyin:

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
2016-ci ildə yayılan video Səudiyyə Ərəbistanında qadınların skeyt sürməsini, basketbol oynamasını və rəqs etməsini göstərir

Səudiyyə Ərəbistanında qadınların təqiblərə məruz qalmasına diqqəti cəlb edən pop musiqi videosu sosial şəbəkələrdə milyonlarla izləyicini cəlb edib.

"Hwages" (qayğılar) adlı video Səudiyyə Ərəbistanında qadınların skeyt sürməsini, basketbol oynamasını və rəqs etməsini göstərir.

Video 8ies media şirkəti tərəfindən hazırlanıb. 2016-ci ilin sonunda YouTube-ə yüklənmiş klipi 3 milyondan çox insan izləyib.

Bu barədə daha geniş