Alim Stephen Hawking 76 yaşında vəfat edib

Stephen Hawking Fotonun müəllifi BBC/RICHARD ANSETT

Məhşur İngilis kosmoloqu və fiziki Stephen Hawking 76 yaşında vəfat edib, ailəsi deyir.

Professor Hawking qara dəliklər və nisbiliklə əlaqəli işlərilə tanınırdı və "Zamanın qısa tarixi" daxil olmaqla bir çox məşhur elmi kitabların müəllifi idi.

"Sevdiyimiz atamız bu gün vəfat etdiyinə görə dərindən kədərlənirik", onun uşaqları Lucy, Robert və Tim deyib.

"O, böyük alim və işi və irsi çox illər yaşayacaq qeyri-adi bir insan idi".

Həmçinin oxuyun:

Uşaqları onun "cəsarətini və əzmini" tərifləyib və deyiblər ki, onun "şəfəqi və mizahı" dünyadakı insanları ilhamlandırıb.

22 yaşında yan amiotrofik skleroz xəstəliyi diaqnozu qoyulan professor təkərli kürsüdən istifadə etməyə başlamışdı və səs sintezatoru olmadan danışa bilməsi mümkün deyildi.

Fotonun müəllifi BBC/PA
Image caption Stephen Hawking televiziya və filmdə aktyorlar Benedict Cumberbatch və Eddie Redmayne tərəfindən canlandırılıb

Stephen Hawking haqqında:

  • 1942-ci il yanvarın 8-də İngiltərənin Oxford şəhərində anadan olub
  • 1959-cu ildə Oxford Universitetində təbiət elmlərini oxumağa başlayıb, daha sonra Cambridge universitetində doktorluq oxuyub
  • 1963-cü ildə ona yan amiotrofik skleroz xəstəliyi diaqnozu qoyulub və 2 il ömrü qaldığı deyilib
  • 1974-cü ildə qara dəliklərin "Hawking radiasiyası" yayması nəzəriyyəsini xülasə edib
  • 1988-ci ildə "Zamanın qısa tarixi" adlı kitabı nəşr olunub
  • Onun həyat hekayəsi baş rolunu aktyor Eddie Redmayne-in oynadığı 2014-cü ildə işıq üzü görən "The Theory of Everything" filminin mövzusu idi

Alim akademik dünya xaricində də məşhurluq qazanıb və "The Simpsons", "Red Dwarf" və "The Big Bang Theory" də daxil olmaqla bir neçə televiziya seriallarında iştirak edib.

Bu barədə daha geniş