Britaniyalı alimlər: artıq çəki daha tez-tez xərçəngə gətirib çıxarır

artıq çəki Fotonun müəllifi PA
Image caption Geniş miqyaslı tədqiqatın nəticələrinə görə, bütün xərçəng xəstəlikləri hallarının 6,3 faizinə artıq çəki səbəb olur

Britaniyada aparılan genişmiqyaslı tədqiqatın nəticələrinə görə, onkologiyanın siqaretdən asılılıq səviyyəsi zəifləyən zaman artıq çəki və piylənmə daha tez-tez xərçəng xəstəliklərinin inkişafına gətirib çıxarır.

Böyük Britaniyanın onkoloji tədqiqatlar üzrə xeyriyyə təşkilatı tərəfindən əldə edilmiş məlumatlar əksər hallarda xəstələrdə xərçəng xəstəliklərindən yayınmağın mümkünlüyünü sübut edib.

Mütəxəssislər həmçinin qeyd ediblər ki, hal-hazırda xərçəng xəstəlikləri hallarının 6,3 faizi artıq çəki ilə bağlıdır.

Bu isə 2011-ci ildə qeydə alınan 5,5 faizi ötməsi deməkdir.

Lakin siqaretin səbəb olduğu xərçəng hallarının sayı azalıb. Alimlər piylənmə ilə bağlı sağlamlıq təhlükəsinin aradan qaldırılması üçün əlavə tədbirlərin vacib olduğunu qeyd ediblər.

Britaniya ərazisində keçirilən tədqiqat həmçinin onu göstərib ki, Şotlandiya onkoloji səbəblərin(hansı ki xərçəng xəstəliyinə yoluxmaqdan yayınmaq olar) potensial olaraq aradan qaldırılmasında ən yüksək göstəriciyə sahib ərazidir.

41,5 faizlə siyahıya başçılıq edən Şotlandiyadan sonrakı yerləri Şimali İrlandiya (38 faiz), Uels (37,8 faiz) və Britaniya (37,3 faiz) tutur.

İmperial College London-dan olan alimlərin apardığı tədqiqatın nəticələrinə görə, orqanizmdəki artıq piy böyük ehtimalla xəstəliyin inkişafına və ya xəstəlik riskinin iki dəfə artmasına gətirib çıxara bilər.


Piylənmə xərçəng xəstəliyinin 11 növünün inkişafını təşviq edir:

  • Mədə xərçəngi
  • Qalın və düz bağırsaq
  • Mədəaltı vəz
  • Böyrəklər
  • Süd vəziləri
  • Yumurtalıqlar
  • Uşaqlıq
  • Tənəffüs yolları və sümük iliyi
  • Qaraciyər
  • Öd kisəsi
  • Öd kanalları

Mənbə: İmperial College London-un tədqiqatı


Lakin siqaret çəkmək qarşısı alına bilən xərçəng səbəblərindən biri olaraq qalır.

Baxmayaraq ki, 19,4faiz-dən bu rəqəm 2011-ci ildə 15,1faiz-ə qədər düşüb.

Aşırı piylənmə və ultrabənövşəyi şüalar xərçəng xəstəliklərinə ən çox risk yaradan sayca ikinci və üçüncü amillərdir.

"Mən hiss edirdim ki, baş verənlərə görə özüm günahkaram"

51 yaşlı Janet Boak menopauza dövrü başladıqdan 4 il sonra qan ləkələri aşkar edib və ona uşaqlıq xərçəngi diaqnozu qoyulub.

Xəstənin üzərində tam histerektomiya (uşaqlığın götürülməsi) əməliyyatı keçirilib və bu da ona onkoloji qaynağı aradan qaldırmaq imkanı yaradıb.

Fotonun müəllifi Cancer Research UK
Image caption "Mən başa düşdüm ki, baş verənlərə görə özüm günahkaram ", - deyə uşaqlıq xərçənginə yaxalanan 55 yaşlı Janet etiraf edir.

Əməliyyatdan sonra aparılan analizlər zamanı məlum olub ki, Janet-in xəstəliyinin inkişafına artıq çəki zərərli təsir göstərib. Xərçəng diaqnozu qoyulan zaman Janet 127 kilo olub.

"Mən başa düşdüm ki, baş verənlərə görə özüm günahkaram ", - deyə 55 yaşlı Janet etiraf edib.

"Mənim belə bir fikrə gəldim ki, öz sağlamlığıma diqqətli yanaşsaydım bu xəstəliyə yaxalanmaqdan xilas ola bilərdim ", - deyə o, əlavə edib

Artıq nəvələri olan Janet təqribən 44 kilo artıq çəkidən azad olub. O, buna yüksək şəkər tərkibli ərzaqlardan istifadəni məhdudlaşdırmaqla, təzə məhsullardan sağlam yemək hazırlamaq və idmanla məşğul olmaqla nail olub.

Cancer Research UK tərəfindən keçirilən tədqiqat onu göstərib ki, ultrabənövşəyi şüaların həddən artıq təsiri il ərzində 13 min dəri xərçəngi (melanoma) hadisəsinə səbəb olur.

Bu isə onkoloji xəstəlik hallarının 3,8 faizini təşkil edir.

Fotonun müəllifi Getty Images
Image caption Tədqiqatın nəticələrinə görə, spirtli içkilərdən istifadə Britaniyada xərçəng xəstəlikləri hallarının 3,3 faizini təşkil edir

Qarşısı alına biləcək potensial olan xərçəng səbəbləri sırasında spirtli içkilərdən istifadə və tərkibində lif olmayan ərzaqlardan istifadə edilməməsi də da var.

Ümumilikdə qarşısı alına biləcək xərçəngə yoluxmaq hallarının sayı 2011-ci ildə 42,7 faizdən 37,7 faizə düşüb. Tədqiqatın nəticələri belədir.

Fast-food reklamına qadağa artıq çəkiylə mübarizə üsulu kimi

Cancer Research UK mütəxəssisləri qeyd edirlər ki, siqaretin qarşısını almaq istiqamətində qəbul edilən tədbirlər effektli olubsa, artan piylənmə epidemiyasının qarşısını almaq üçün daha çox səy tələb olunacaq.

Cancer Research UK-un onkologiyanın inkişafı səbəblərinin qarşısını almaq üzrə professoru Linda Bauld qeyd edib:

"Bu gün piylənmə sağlamlıq üçün ciddi təhlükə yaradır və əgər təcili tədbirlər görülməsə vəziyyət pisləşəcək ".


Xərçəng xəstəliyinin qarşısı alına biləcək səbəblər

  • Bütün qarşısı alına bilən amillər - 37,7 faiz (135507)
  • Tütün tüstüsü - 15,1 faiz (54271)
  • Artıq çəki və piylənmə - 6,3 faiz (22761)
  • Ultrabənövşəyi şüalar - 3,8 faiz (13604)
  • İş xüsusiyyəti ilə bağlı şüalanma - 3,8 faiz (13558)
  • İnfeksiya - 3,6 faiz (13086)
  • Spirtli içki - 3,3 faiz (11894)
  • Liflərin az sayda olması - 3,3 faiz (11693)
  • Radiasiya təsiri - 1,9 faiz (6954)
  • Texnoloji emala məruz qalan ət - 1,5 faiz (5352)
  • Havanın çirklənməsi - 1 faiz (3591)
  • Oturaq həyat tərzi - 0,5 faiz (1917)

Mənbə: Cancer Research UK


"Britaniya hökuməti artıq çəkiylə bağlı yaranan xərçəng xəstəliklərinin sayını azaltmaq üçün uğurlu siqaret nümünəsindən istifadə etməlidir", - deyə professor əlavə edib.

"Televiziyada saat doqquzdan sonra fast-food reklamına qadağa hərtərəfli yanaşmanın vacib hissəsidir ", - o, qeyd edib.

Londondondakı Onkoloji Tədqiqatlar İnstitutunun onkobilogiya üzrə professoru Mil Greaves bir sıra təcrübələrin nəticələrinə istinad edərək həmçinin qeyd edib ki, xəstələrdə bir çox hallarda xərçəng xəstəliklərinin inkişafından potensial olaraq yayınmaq mümkün idi.

"Lakin artıq çəkinin və lifdən az istifadənin xərçəngə gətirib çıxarmasına dair bəyanatlar kifayət qədər inandırıcı deyil və bunu daha ətraflı yoxlamaq lazımdır ", - professor Mil Greaves qeyd edib.

"Piylənmə hallarının sayının azalmasının onkoloji xəstəliklər göstəricilərinə təsir edəcəyini birmənalı şəkildə demək mümkün deyil. Lakin sonuncuların sayının əhəmiyyətli dərəcədə azalacağı demək olar ki şübhə doğurmur", - deyə o, əlavə edib.

"Gənclər arasında piylənmənin yüksək sürətlə artıdığını nəzərə alsaq, biz ciddi sosial problem barədə danışa bilərik, hansı ki siqaret kimi müvafiq tibbi tədqiqatlar çərçivəsindən kənara çıxır ", - deyə alim fikirlərini yekunlaşdırıb.

Bu barədə daha geniş