Azərbaycan Qran Prisi: Qaliblər barədə son məlumat

Əsas yarışlar bazar günü, aprelin 29-da baş tutacaq Fotonun müəllifi Getty Images
Image caption Əsas yarışlar bazar günü, aprelin 29-da baş tutacaq

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran Prisində Formula 1 Sıralama turunun qalibi Ferrari komandasından Sebastian Vettel olub.

Bu o deməkdir ki, Vettel bazar günü keçiriləcək həlledici mərhələdə öndə dayanacaq.

Mercedes-in pilotları Lewis Hamilton və Valtteri Bottas ikinci və üçüncü yerləri bölüşüblər. Yarış zamanı Renault komandasından Nico Hulkenberg problemlə üzləşib və onun bolidinin ötürücü qutusu dəyişdirilib.

Cümə günü baş tutan birinci sərbəst yürüşün qalibi Mercedes komandasının pilotu Valtteri Bottas, ikinci sərbəst yürüşlərinin qalibi isə Red Bull komandasından Daniel Ricciardo olub.

Sərbəst yürüşlərin məqsədi trasla tanışlıqdır.

Əsas yarışlar bazar günü, aprelin 29-da baş tutacaq.

Formula2

Şənbə günü Formula 2 üzrə birinci yarışın qalibi Fransanımn Dams komandasından Alex Olbon olub.

Yarışda ikinci yeri Fransanın Art Grand Prix komandasının pilotu Jack Aitken, üçüncü yeri isə Çexiyanın Charouz Racing System komandasından Antonio Fuoco tutub.

Formula 2 üzrə ikinci yarış bazar günü baş tutacaq.

"Formula-1" yarışları Azərbaycanda 2016-cı ildən keçirilir.

Bu barədə daha geniş