İngiltərənin ən yaxşı futbolçusu - misirli Məhəmməd Salah

İngiltərənin ən yaxşı futbolçusu - misirli Məhəmməd Salah

İngiltərənin futbol yazarları və oyunçuları arasında keçirilmiş sorğunun nəticələrinə görə, Liverpool futbol klubunun misirli hücumçusu Məhəmməd Salah ölkənin bu mövsümdə ən yaxşı futbolçusu adına layiq görülüb. Misirli futbolçu Premier League-da indiyədək keçirdiyi 34 oyunda 31 qol vurub. Ümumilikdə isə bu mövsümdə o, 43 qol vurub - orta hesabla hər 87 dəqiqədən bir 1 qol vurub.