Paşinyan Baş nazir oldu: Yerevanda şənliklər
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Nikol Paşinyan Baş nazir oldu: Yerevanda kabab, rəqs və şənliklər

Müxalifət lideri Nikol Paşinyanın baş nazir seçilməsi Ermənistan paytaxtında küçə şənlikləri ilə qarşılandı.

Baş nazir vəzifəsinə yeganə “xalq namizədi”nin ikinci seçki turunda qələbəsinə şübhə edən yox idi, Yerevandan BBC müxbiri Aleksey Manvelyan xəbər verir.

Üç parlament fraksiyası Paşinyanın namizədliyini təklif etmişdi. Çoxluq təşkil edən Respublikaçılar Partiyasının fraksiyası isə onun qələbəsi üçün kifayət sayda səs verəcəyini bəyan etdi.

Respublika meydanında toplaşanlar parlamentdəki səsverməni iki böyük ekranda izləyirdi.

Paşinyanın Ermənistanın Baş nazir seçildiyi barədə elan ardınca küçələrə daha çox insan axışdı.