Eurovision 2018: Finalda kim çıxış edir?

Aysel Fotonun müəllifi Getty Images
Image caption Bu il Azərbaycanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən yarımfinal mərhələsində təmsil edən Aysel Məmmədovanın mahnısı finala keçə bilməyib.

Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçirilən Eurovision mahnı müsabiqəsinin yekun mərhələsində 26 ölkənin nümayəndəsi çıxış edəcək.

Şənbə günü müğənnilər arasında rəqabətin qaliblərini münsiflər heyəti və tamaşaçılar müəyyən etməlidir.

10 ildir ki, müsabiqədə iştirak edən Azərbaycan ilk dəfədir ki, finala keçə bilməyib.

Eurovizion 2018: Finalçıların sıralaması

  1. Ukrayna
  2. İspaniya
  3. Sloveniya
  4. Litva
  5. Avstriya
  6. Estoniya
  7. Norveç
  8. Portuqaliya
  9. Birləşmiş Krallıq (Böyük Britaniya)
  10. Serbiya
  11. Almaniya
  12. Albaniya
  13. Fransa
  14. Çexiya
  15. Danimarka
  16. Avstraliya
  17. Finlandiya
  18. Bolqarıstan
  19. Moldova
  20. İsveç
  21. Macarıstan
  22. İsrail
  23. Hollandiya
  24. İrlandiya
  25. Kipr
  26. İtaliya

Eurovision 2018 yarışı mayın 6-da Lissabonda açılıb.

Bu barədə daha geniş