Saatlıda zəhərlənmə:  Medsestralar gəldi...ayıldım ki, sistem qolumdadı
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Saatlıda: "Zəhərlənənlərə yardım edəndə biz də zəhərləndik"

İyunun 10 da Saatlının Simadakəndində pambıq tarlasında 24 nəfər zəhərlənib.

Həkimlər onlara kimyəvi maddədən zəhərlənmə diaqnozu qoyub.

Zəhərlənənləri əvvəlcə Saatlı rayonunda xəstəxanaya aparılıb, vəziyyəti ağır olanlar Bakıya göndərilib.

Bir çox zərərçəkmiş evə buraxılsa da, bəziləri hələ də xəstəxanadadır.

Zərərçəkənlərin əksəriyyəti Sabirabadın Nəsimikənd və Moranlı kəndlərindəndir.

Pambıq tarlasında çalışanların hamısı maddi çətinliklərdən şikayətçidir.

Onlar 11 saatlıq iş günü qarşılığında 9 manat pul alırlar.

Zəhərlənmənin səbəblərinin araşdırılması üçün Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı, Səhiyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşlarından ibarət komissiya yaradılıb.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Videonu Sabirabaddan BBC News Azərbaycanca əməkdaşı Günel Səfərova hazırlayıb.