"İŞİD lideri Bağdadi" 5 il sonra ilk dəfə video ismarıc yayıb

İŞİD İŞİD lideri Bağdadi Baghdadi Bagdadi Fotonun müəllifi AFP
Image caption Ebubekir el Bağdadi 5 il idi ki, kamera qarşısına çıxmamışdı

Özünü İslam dövlətinin (İŞİD) lideri adlandıran Əbubəkir əl Bağdadi olduğu hesab olunan bir nəfər yaydığı videoda İŞİD yaraqlılarının öldürülməsi və həbsə atılmasına görə intiqam alacaqlarına söz verib. Bu, Bağdadinin 5 ildən sonra ilk dəfə yayılmış "görüntüsü və ismarıcıdır".

Videoda Bağdadiyə bənzəyən saqqallı bir nəfər yerdə bardaş quraraqkameraya danışır, ətrafındakı üzübağlı şəxslər isə ona qulaq asır.

2014-cü ilin iyulunda Mosuldakı Əl Nuri məscidindəki çıxışında nəzarətləri altında olan Suriya və İraqdakı bölgələrdə "xilafət" elan etməsindən sonra ondan xəbər olmayıb.

Sonuncu dəfə ötən ilin avqustunda Bağdadiyə aid olduğu iddia edilən səs yazısı yayılıb.

Həmin səs yazısında İŞİD-in Suriya və İraqdakı torpaq itkisindən narahatlıq keçirmədiyini söyləyən Bağdadi bu dəfə sanki "məğlubiyyəti qəbul edib".

"Bağuzdakı döyüş başa çatdı" deyən Bağdadi "başqa döyüşlərin olacağı" xəbərini verib.

Videonun nə vaxt və harada çəkildiyi bilinmir

İŞİD-in xəbər bülleteni olan Əl Furkan-ın yaydığı 18 dəqiqəlik videonun aprel ayının əvvəlində çəkildiyi ehtimal olunur. Lakin media qurumları videonun çəkilmə vaxtını dəqiqləşdirə bilməyib.

Bağdadinin videoda İsraildəki seçkilər və Sudanın keçmiş prezidenti Ömər əl-Bəşirin hakimiyyətdən göndərilməsi haqda şərh verməsi videonun bir müddət öncə çəkildiyi ehtimalını verir.

BBC-nin Yaxın Şərq redaktorlarından Sebastian Usher videodakı şəxsin səhhətinin yaxşı göründüyünü deyib.

Bağdadi Suriyanın Bağuz kəndində məğlubiyyəti qəbul etməklə yanaşı, Şri-Lankadakı hücumlardan da danışır, Burkina Faso və Malidəki yaraqlıları sədaqət andı içməyə çağırır.

Bu barədə daha geniş