Yevlaxda tələbələrin olduğu avtobus qəzaya düşüb, 2 nəfər ölüb, 23-ü yaralanıb

Fotonun müəllifi Azertag

Yevlax rayonunda sərnişinlərin çoxu tələbələrin olduğu mikroavtobus qəzaya uğrayıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirib ki, qəza nəticəsində 2 nəfər ölüb, 23 nəfər xəsarət alıb.

Agentliyin məlumatına görə, xəsarət alanlardan 21-i Yevlax Rayon Mərkəzi Xəstəxanasına, 2 nəfəri isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

Xəsarət alanlardan ikisi reanimasiyadadır. Onlardan birinin vəziyyəti ağır, digərininki isə orta-ağır qiymətləndirilir. Digər xəsarət alanların vəziyyəti isə normaldır.

Qəza cümə axşamı günü Yevlax rayonunun Xaldan qəsəbəsində baş verib.

Bu barədə daha geniş