Şamaxıda Məlikçobanlı vulkanı püskürüb

Fotonun müəllifi Azertag

Çərşənbə axşamı Şamaxıda Məlikçobanlı vulkanının püskürməsi nəticəsində yaxınlıqdakı Məlikçobanlı kəndinə zərər dəyməyib, Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya Geofizika İnstitutunun rəsmisi Adil Əliyev deyib.

O, BBC News Azərbaycancaya bildirib ki, vulkanın püskürməsi zəif olsa da, alov çıxıb, amma bu, çox davam etməyib.

"Məlikçobanlı vulkanı 4-cü dəfədir ki, püskürür. Vulkan ilk dəfə 1926, sonuncu dəfə 1977-ci ildə püskürüb. Ən güclü püskürməsi isə 1967-ci ildə müşahidə olunub".

Geologiya, Geofizika İnstitutunun şöbə müdiri Adil Əliyevin sözlərinə görə, əməkdaşları hazırda əraziyə gediblər və tədqiqat aparırlar:

"Vulkan artıq sakitləşib və təhlükə yoxdur".

Azərbaycanda ümumilikdə 353 vulkan var, onun 200-ü qurudadır. Bu vulkanlardan 93-ü aktivdir.

Bu barədə daha geniş