Bakıda Avropa Liqasının qalibi Chelsea oldu

Chelsea, Arsenal, Bakı Olimpiya Stadionu Fotonun müəllifi Getty Images/BBC

Çərşənbə günü Bakıda keçirilmiş UEFA Avropa Liqasının final oyununda İngiltərənin Arsenal və Chelsea komandaları üz-üzə gəlib və Chelsea 4:1 hesabı ilə qalib gəlib.

Arsenal klubu ¼ finalda 4:2 hesabı ilə "Valensia"ya qalib gəlmişdi.

"Chelsea" isə 4:3 hesabı ilə Almaniyanın Ayntraxt komandasını məğlub edərək UEFA Avropa Liqasının finalına vəsiqə qazanmışdı.

Oyunların statistikası:

Bu qarşılaşma London klublarının 198-ci dueli olub. Qarşılaşmaların 76-da "Arsenal", 63-də "Chelsea" qələbə qazanıb. 58 oyunda isə qalib bəlli olmayıb. Avropa Liqasında isə üçüncü qarşılaşmadır. 2003-2004-cü illərdə onlar Çempionlar Liqasının 1/4 finalında qarşılaşıblar.

Avropa Liqası finalı tarixində ikinci dəfədir ki, iki İngiltərə komandası üz-üzə gəlir. İlk dəfə Avropa Liqasında 1972-ci ildə İngiltərənin Tottenham komandası digər ingilis klubu Wolves-a qarşı oynamışdı.

Qarşılaşma hər iki komanda - "Arsenal" və "Chelsea"nin Avropa Liqası finalında 6-cı çıxışı olacaq, - indiyə qədər ingilis klubları arasında yalnız Manchester United 7 və Liverpul 14 dəfə (2019-cu il Çempionlar Liqası daxil olmaqla) daha çox Avroliqa finalında çıxış edib.

Avropa Liqası finalında üçüncü dəfədir ki, eyni millətdən olan iki klub qarşılaşır. Bundan əvvəl finalda Portuqaliyanın Porto klubu Braga-ya qarşı (2011) və İspaniyanın Atletico Madrid komandası Athletic Club-a (2012) qarşı oynayıb.

Arsenal və Chelsea Aropa Liqasında bir mövsümdə 11 dəfə qələbə qazanıb. Bundan əvvəl isə yalnız üç komanda əsas Avropa Oyunlarının favoritləri - Real Madrid (2001-02, 2012) Porto (2010-11, 2012) və Atletico Madrid 2011-12 (2013) həmişə qələbə qazanıblar.

Azərbaycan Avropa Liqası finalına ev sahibliyi edən 24-cü fərqli ölkədir.

Bu barədə daha geniş