Şəkillərdə: Baham adalarında Dorian qasırğasının törətdiyi dağıntılar
Dorian qasırğasından sağ çıxmış yüzlərlə insan Baham adalarını tərk edib. Minlərlə insan isə qasırğanın dağıtdığı adaları tərk edəcəklərini gözləyirlər.
Bu həftənin əvvəli Baham adalarında baş vermiş qasırğa ciddi dağıntılara və humanitar böhrana səbəb olub.
- Yer üzündə buludlar yoxa çıxa bilər. Niyə bu, fəlakət deməkdir?
- Bakının mərkəzində yaşıllıqlar niyə yoxa çıxır?
- İqlim dəyişikliyi barədə öyrəndiyimiz 5 şey
Rəsmi rəqəmlərə görə qasırğa nəticəsində azı 43 nəfər həlak olub. Lakin bu rəqəmin artacağı gözlənilir.
Minlərlə insan evakuasiya üçün növbəsini gözləyir. Bir çox insan "xaotik" vəziyyətdən və təxliyənin gecikməsindən şikayət edib.
Hazırda birinci kateqoriyalı Dorian qasırğası Şimali Amerikanın Atlantik dənizi sahillərində cərəyan edir.
Dorian qasırğası bu ərazilərdə iki gün davam edib.
Rəsmilərin bildirdiyinə görə yüzlərlə, bəlkə də minlərlə insan itkin düşüb və ölü sayı "dəhşətli" həddə çata bilər.