Manatın taleyi necə olacaq? Elman Rüstəmov cavab verib

Elman Rüstəmov Fotonun müəllifi AZERTAG
Image caption Elman Rüstəmov: "Manat "üzən məzənnəyə" keçməyəcək

Mərkəzi Bankın sədri Elman Rüstəmov gələn ilin manatın "tam üzən məzənnə" rejiminə keçməyin mümkün olmadığını deyib.

"Bunu o zaman edə bilərik ki, inflyasiyanın hədəflənməsi rejiminə keçək", bildirib. 

Cümə günü keçirdiyi mətbuat konfransında Elman Rüstəmov deyib ki, əgər bu gün aşağı səviyyəli inflyasiya varsa, bu, məzənnə və məzənnə gözləntilərinin sabitliyi deməkdir: "Əgər biz bu sabitliyi başqa yola hədəfləyiriksə, "tam üzən məzənnə"yə keçmək mümkün deyil.

Azərbaycanda qəbul edilən "İqtisadiyyatın strateji Yol xəritəsində" bildirilir ki, 2020-ci ildə üzən məzənnəyə keçilsin.

Ancaq Elman Rüstəmov deyib ki, "bu realistik məqsəd deyildi, bu gün də real deyil".

Baş bankir deyib ki, dünya üzrə 30-a yaxın neft ixracatçısı olan ölkələrdə də milli valyutanın məzənnəsiylə bağlı vəziyyət eynidir.

O bildirib ki, yalnız Norveç, Rusiya, Qazaxıstan kimi ölkələr nisbətən milli valyutanın məzənnəsini idarə etmə rejiminə nəzarət edirlər.

Elman Rüstəmov onu da bildirib ki, "manatın üzən məzənnəyə keçməsi tək Mərkəzi Bankdan asılı olan məsələ deyil".

Onun sözlərinə görə, Azərbaycan bu ilin əvvəlindən valyuta ehtiyyatları 11.7 faiz artıb və vəsaitin həcmi 50 milyard dolları ötüb.

"Maliyyə sektoru ciddi islahatlar ərəfəsindədir"

Elman Rüstəmov Prezident İlham Əliyevin yeni təyin etdiyi İqtisadiyyat naziri ilə görüşdə səsləndirdiyi fikirlərə münasibətini açıqlayaraq deyib ki, "islahatlar vasitəsiylə biz, bankların biznes modelini dəyidirməliyik".

"Şəffaflaşmamış biznesin banklardan kredit götürmək imkanları aşağıdır. Bu real sektorla bank sektorunun əlaqələrini zəiflədir",- Elman Rüstəmov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bank sahəsində uzun illərdir "girovlarin reallaşdırılmasının məsələsinin sadələşdirilməsi" öz həllini tapmayıb.

Cənab Rüstəmov deyib ki, maliyyə sektoru ciddi islahatlar ərəfəsindədir.

"Prezident göstərişlərini verib. İslahatlar iqtisadi metodlarla aparılacaq. dan söhbət gedir. Məhkəmə sistemində də islahatlar başlayıb artıq, bu iqtisadi mühitin mühum problemlərndən biridir. Həm kredit alanların və verənlərin hüquqlarını qorunmasına ehtiyac var", Elman Rüstəmov bildirib.

O deyib ki, məhkəmə islahatları investorların, mülkiyyətin, biznes müqavilələrinin qorunmasına və biznes mühitinin yaxşılaşdırmasına xidmət edəcək.

Bu barədə daha geniş