İranda parlament seçkiləri başa çatıb: səslər sayılır

Seçici Fotonun müəllifi FarsNews

İranda başa çatan parlament seçkiləri nəticəsində Ali dini rəhbərə yaxın mühafizəkar qüvvələrin daha geniş təmlsil olunacağı gözlənilir.

İlkin nəticələrə istinad edən rəsmi media sərt xətt tərəfdarları kimi tanınan namizədlərin qabaqda olduğunu xəbər verib.

Rəsmi rəqəmlərə görə, Məclisin 290 yeri uğrunda 7 mindən çox rəqib mübarizə aparıb.

Onlardan 650-dən çoxu qadındır.

Seçki meyarlarına cavab vermədiyi deyilən minlərlə mötədil namizəd qeydiyyatdan keçirilməyib. Hazırkı Məclisin 90 üzvü daxil olmaqla, 16 mindən çox iddiaçının namizədlik müraciəti rədd edilib.

Hakimiyyəti insan hüquqlarının pozulmasına görə tənqid edənlər buna qarşı etiraz əlaməti olaraq səsvermənin boykotuna səsləmişdilər.

Seçkilər İranın nüvə proqramı ilə əlaqədar yeni ABŞ sanksiyalarının tətbiqindən sonra yer alır.

Fotonun müəllifi FarsNews / Sadegh Nikgostar

Səsvermənin nəticələri mötədil prezident Həsən Ruhaninin mövqelərini zəiflədə bilər.

Sosial mediada Ali dini rəhbər Ayətullah Xameneyinin tərəfdarları seçki ilə bağlı məlumatları "güclü məclis" və "mən iştirak edirəm" həştaqları ilə bölüşüblər.

İstifadəçilərdən biri belə tvit yazıb: "Hər bir səs düşmənin gözünə atılan güllədir".

İqtidar əleyhdarları isə "mən səs vermirəm" və "səs vermə" həştaqlarından istifadə edib.

"Bizim fikrimiz həqiqətən vacib olub nəyisə dəyişə bilsəydi, bizdən onu soruşmaq istəməzdilər", - seçkilərə qarşı fikirini bildirən sosial media istifadəçisi yazıb.

Həmçinin oxuyun:

Əlaqəli mövzular

Bu barədə daha geniş