Krımda pokemonlar varmı?

  • Sergey Kozlovski,
  • BBC Rus Xidməti
Sevastopol

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

İlhaq olunmuş Krımda pokemon tutmaq üçün başqa regionların SİM kartlarından istifadə etmək lazım gəlir.

Pokemonu Cankoydakı hərbi bazanın yanında tutmaq heç əvvəldən də yaxşı bir ideya deyildi. Hərbi formalı insanlar ora-bura gedib-gəlir, bataqlıq rənginə boyanmış yük maşınları dəmir darvazadan çıxırdılar. Təbiidir ki, bu obyektin yaxınlığında cavan bir oğlanın əlindəki mobil telefonuna baxa-baxa var-gəl etməsi diqqəti çəlb etməyə bilməzdi.

Amma pokemonları axtarmağın da riskinə dəyərmiş. Elə buradaca darvazanın yanında Paras və Geodudu tutmaq mümkün olmuşdu. Bu, Cankoydakı Pokemon həvəskarları üçün uğur sayıla bilər. Burada bu virtual məxluqların sayı o qədər də çox deyil. Burada yalnız bir neçə "cim" və 10-15 "pokestop" var.

Ümumiyyətlə, pokemonların az sayda olması kiçik şəhərlərin problemidir. İlhaq olunmuş Krımda isə bu iş daha çətindir. Çünki burda başqa regionların SİM kartlarından istifadə etmək lazım gəlir.

Yerli mobil telefon operatorlarından WIN Mobile ("K-telekom" şirkəti), AppStore və Google-dan burda Qərbin Rusiya üzərinə qoyduğu beynəlxalq sanksiyalara görə istifadə etmək mümkün olmur.

Operatorlar kimdir?

Mobil telefon rabitəsi və internet Krımda ağrılı məsələdir. Sürət aşağıdır və əhatə dairəsi məhduddur. Rusiyanın mobil telefon operatorları sanskiyalardan çəkinərək yarımadanın bazarına girmirlər.

İlhaqa qədər Krımda Turkcell-in nəzarətində olan MİS Ukrayna, Ukraynanın Kiyevstar və Astelit şirkətləri işləyirdilər. 2014-cü ilin martından sonra burada müəmmalı "K-telecom" deyilən şirkət işə başlayıb. 2016-cı ilin fevralından ikinci operator - dövlət "Krımtelecom" bazara daxil olub.

Krım xəritəsi

Şəklin mənbəyi, RIA NOVOSTI

Şəklin alt yazısı,

"Krımtelecom" yarımadaya 2016-ci ilin fevral ayından daxil olub.

Insider nəşri yazırdı ki, "K-Telecom" Ermənistandakı MTS-in çoxdankı partnyoru Pierre Michel Fattuche-un mülkiyyətindədir. Bundan əlavə Ermənistanda MTS-in törəmə şirkəti olan "K-Telecom" firması da var. Şirkətin özü BBC Rus Xidmətinə bu barədə operativ məlumat verə bilməyib.

Vedemosti yazır ki, K-Telecom qeydiyyatdan keçdikdıən bir həftə sonra "MTS Ukrayna"-nın tezliyini alıb. Yeri gəlmişkən, firma həm də Ukraynanın MTS şirkətinin avadanlığından istifadə edir.

Burada başqa regionun kartı ilə rouminqin pulunu (həm də çox baha) ödəmək lazım gəlir. Məsələn Beeline və MTS internetinin bir saatı Krımda az qala on rubla çatır. MegaPhone kartı ilə 5 rubl da ödəmək olar, lakin Krım Plus variantından istifadə etsəniz bu rəqəm 15 rubla qalxacaq.

Pokemon Go-nu WIN Mobile kartı ilə də oynamaq olar, amma bu zaman VPN-nin xidmətlərindən istifadə etmək lazım gəlir.

Necə oynamalı?

Əgər sizdə iPhone və ya iPad varsa, Pokemon Go-nun quraşdırılması üçün bu oyunun rəsmən buraxıldığı ölkələrdən (ABŞ, Yeni Zelandiya, Avstraliya) birinin hesabı lazım gələcək. Bu hesabdan oyunu köçürmək, sonra isə hesabdan çıxaraq əsas hesaba girmək lazımdır. Android istifadəçiləri adətən təkcə quraşdırma faylını kompüterə köçürüb, daha sonra isə telefona atırlar.

Armyansk
Şəklin alt yazısı,

Əhalisi 20 minı yaxın Armyansk şəhərində yeganə pokemon tutmaq üçün xeyli əziyyət çəkməlisən.

Bütün bu sxemlər Krımda işləyir. Bu artıq yoxlanılıb. Burada çox nadir pokemonlar da var. Məsələn, Armyansk yaxınlığında Elektobazz adlı pokemonu tuta biliblər.

Krımda pokemonları ucqarlarda da tutmaq olar. Məsələn, Yevpatoriyanın 70 kilometrliyindəki Sterequşşeye kəndində. Burada, bu yaxlınlıarda Putinin də baş çəkdiyi Tavrida gənclər forumu keçirilir.

Doğrudur, prezident bura gələndə bütün pokemonlar harasa əkilmişdilər. Ən azı ətrafda gəzişmirdilər. Yəqin icazə verməyiblər...