Heç özünüzü dünyanın ən qüdrətli insanları ilə müqayisə etmisinizmi? Siz onlardan daha yaxşı təhsillisinizmi? Bəs yaş məsələsi necə olsun? Siz onlardan yaşlısınız, yoxsa cavan? Sizin bu iş üçün daha çoxmu təcrübəniz var?
BBC Monitoring-in tərtib etdiyi məlumat bankındakı 195 dünya lideri ilə özünüzü müqayisə edin.
Yaş
Dünya liderlərinin neçə yaşı olur?
Əksər liderlər 50 və 70 yaş arasındadırlar, amma istisnalar da var. Dünya lideri üçün orta yaş 62-dir. Orta Şərq və Afrika ölkələrində liderlər adətən yaşlı olurlar, Avropada isə daha gəncdirlər. Dünyanın 10 ən gənc liderindən səkkizi avropalıdır.
Bunu bilirdinizmi?
Avropa liderləri orta hesabla Afrikadakılardan 10 yaş cavandırlar
Təhsil
Ümumilikdə dünya liderləri yaxşı təhsil görmüş zümrədir. Siz özününzü onlarla necə müqayisə edərdiniz?
Dünya liderlərinin nə qədər təhsili olur?
Dünya liderlərinin 80 faizi əsas etibarilə biznes, iqtisad və hüquq ixtisasları üzrə universitet təhsili alıb.
On səkkiz dünya lideri hansısa şəkildə hərbi təhsil alıb. Onlardan dördü Birləşmiş Krallıqda Sandhurst Kral Hərbi Akademiyasının müdavimi olub.
Lakin heç bir rəsmi təhsili olmaması Jacob Zumaya Cənubi Afrika prezidenti olmaqda mane olmayıb.
Dünya liderlərinə ən çox hansı ölkələr təhsil verib?
ABŞ-da keçirilən tədqiqat
ABŞ dünyanın hazırkı liderlərinin 16 faizinə təhsil verib. İndi bu liderlər Monqolustan, Maldiv adaları və Mikroneziya kimi ölkələrə başçılıq edirlər.
Britaniyada keçirilən tədqiqat
İkinci yeri tutan Birləşmiş Krallıq hazırkı liderlərin 10 faizi üçün təhsil yeri seçimi olub
Fransada keçirilən tədqiqat
Üçüncü yeri tutan Fransa dünya liderlərinin 8 faizinə təhsil verib. Bunlar xüsusilə də fransızdilli Qərbi Afrika ölkələrinin liderləridirlər və bu səbəbdən də təhsil almaq üçün Fransanı seçiblər.
Bunu bilirdinizmi?
Roma Papası Francis dünyada ən böyük dinlərdən birinin rəhbəridir, lakin onun ilk təhsili kimya olub. O kimya laborantı ixtisası alıb.
Stajınız
Əksər ölkələrdə seçkilər və məhdud müddətlər hakimiyyətdə uzun müddətdə qalmağı çətin edir, lakin bəzi liderlər öz postlarında onilliklər ərzində qala biliblər. Siz onlara nə dərəcədə uyğunsunuz?
Dünya liderləri neçə ildir ki, vəzifədədir?
Orta hesabla hazırkı dünya liderləri hakimiyyətdə yeddi il qalıb. Omanda Sultan Qabus Bin Səid Əl Səid hazırda ən uzun müddət hakimiyyətdə olan dünya lideridir. O, 46 ildir ki, hakimiyyətdədir. Ona yaxın gələn liderin sayı demək olar ki, yoxdur - amma Afrikada doqquz lider 20 ildən çoxdur ki, hakimiyyətdədir.
Bunu bilirdinizmi?
Yekun
Necə alındı?
Bunu bilirdinizmi?
Metodologiya
Dünyanın 195 liderinin yaşı, təhsili və hakimiyyəti barədə məlumat bankını BBC Monitoring tərtib edib və 2016-cı il sentyabrın 15-də yeniləyib.
Doğulma tarixləri və təhsilləri haqqında məlumat olmayan liderlər bu məlumat bankına daxil edilməyiblər.
Bu layihədə lider dedikdə öz ölkəsində ən çox səlahiyyətə malik şəxs nəzərdə tutulur.
Eyni vaxtda eyni səlahiyyətlərə malik iki dövlət başçısının olduğu San Marinoda onlardan biri püşklə seçilir.
Əksər hallarda liderin hakimiyyətinin başlanğıcı onun andiçmə mərasimi günündən hesablanır.
Prodüserlər: Nassos Stylianou, Ed Lowther, Elisabetta Tollardo və John Walton.
Tədqiqat: BBC Monitoring Research.
Dizayn: Tom Nurse, Gerry Fletcher və Zoe Bartholomew.