Müsbət ayrıseçkilik nədir?

Sənəd Fotonun müəllifi Bloomberg/Getty

Müsbət ayrıseçkilik daha az təmsil olunmuş təbəqə, qrup və ya fərdlərə dair xüsusi rəftarı və ya üstünlüklərin verilməsini nəzərdə tutur.

Bu hal ölkədən ölkəyə fərqlidir.

Misal üçün Britaniyada işə götürülən namizəd yalnız öz bacarıqlarına görə seçilməlidir.

Peşə qabiliyyətindən başqa xüsusiyyətlərə görə hər hansı namizədə üstünlük vermək Bəbarərlik qanununa (Equality Act 2010 ) ziddir.

Bu qanuna əsasən namizəd seçilərkən aşağıdakı amillər nəzərə alına bilməz:

  • Yaş
  • Əlillik
  • Dünyaya gələrkən cinsi mənsubiyyət
  • Nikah və partnyorluq durumu
  • Hamiləlik və analıq
  • İrq
  • Din və inanc
  • Cins
  • Cinsi orientasiya

Kvotalar

Azərbaycan qanunvericiliyi sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlara kvotaların ayrılmasını nəzərdə tutur.

Bu öz əksini "Məşğulluq haqqında" qanunda tapıb.

Sənədə əsasən mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün qurumlar (kvota şamil olunmayan müəssisələr istisna olmaqla) kvota üzrə xüsusi iş yerləri müəyyən edilir.

Fotonun müəllifi TOFIK BABAYEV/GETTY
Image caption Azərbaycan qanunvericiliyinə görə kvotalar hərbiyyəyə şamil edilmir.

Qanuna əsasən sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyasına aşağıdakılar aid edlir:

  • 20 yaşadək gənclər
  • yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər
  • əlil uşaqları tərbiyə edən qadınlar
  • pensiya yaşına 2 ildən az qalmış şəxslər
  • əlillər
  • cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar
  • məcburi köçkünlər
  • müharibə veteranları
  • şəhid ailələri

Azərbaycan qanunvericiliyinə görə kvotalar "orta illik siyahı sayı 25 nəfərdən az olan müəssisələrə" şamil edilmir.

Bu qanun həmçinin hüquq-mühafizə, prokurorluq, hərbiyyə, mərkəzi və yerli seçkili orqanları kimi dövlət qurumlarına aid deyil.

Bəzi ölkələrdə isə kvotaların dövlət sistemində də tətbiq olunduğunu görmək olar.

Belə ölkələrdən biri də Hindistandır: 2010-cu ildə təsdiqlənən qanuna görə parlamentin yuxarı palatasındakı yerlərin 30 faizində qadınlar təmsil olunmalıdır.

Kvotalar siyasətinə Almaniyada da rast gəlmək olar. 2015-ci ildə Bundestaqın təsdiqlədiyi qanuna görə iri şirkətlər qeyri icraçı direktorlar şurasında yerlərin təqribən üçdə birini qadınlara ayırmalıdırlar.

Fotonun müəllifi TOBIAS SCHWARZ/GETTY
Image caption Bundestaqın təsdiqlədiyi qanuna görə iri şirkətlər qeyri icraçı direktorlar şurasında yerlərin təqribən üçdə birini qadınlara ayırmalıdırlar.

Həmin ərəfədə açıqlanan rəsmi statistikaya görə Almaniyanın ən iri 30 şirkətindən heç biri qadın icraçı direktora malik olmayıb.

Cənubi Afrika isə aparteid siyasətilə bağlı keçmişdə az təmsil olunmuş etnik və irqi qrupların sosial, iqtisadi və siyasi qurumlarda sayının artırılması üçün xüsusi strategiya qəbul edib.

Kanada və Yeni Zelandiya qanunvericiliyə də bəzi ənənəvi etnik qruplara imtiyazları nəzərdə tutur.

Müsbət ayri-seçkilik və müsbət hərəkət

Müsbət ayri-seçkilik tez-tez müsbət hərəkət adlandırılan tədbirlərlə müqayisə olunur.

Britaniyada vətəndaşlara hüquqi məsləhətlər üzrə qeyri-dövlət citizensadvice.org.uk saytına əsasən əsas fərq bundan ibarətdir:

Müsbət hərəkət müxtəlif qruplardan olan namizədlərin seçilməsi prosesdən kənarda baş verir.

Misal üçün işə götürən şirkət az təmsil olunmuş qrup üzvlərinin təmsilçilik şanslarını artırmaq üçün onlara təlimlər təşkil edə bilər.

Həmçinin azsaylı təbəqə üzvlərinin sayını artırmaqda maraqlı olan işə götürən qurum onlara ünvanlı reklamda ərizə ilə müraciət etməyə dəvət edə bilər.

Bu namizədlər arasında müxtəlifliyin artırılmasına yönələn addımdır.

Əlaqəli mövzular

Bu barədə daha geniş