Ateistlərə qarşı ayrı-seçkilik və təqiblər "sürətlə artır"

İslamabaddakı etirazçılar yoxa çıxan bloqçuların şəkillərini tutur. 10 yanvar 2017-ci il. Fotonun müəllifi AAMIR QURESHI/AFP/Getty Images
Image caption İslamabaddakı etirazçılar yoxa çıxan bloqçuların şəkillərini tuturlar

Keçən aprel ayında Pakistanda bir universitet tələbəsi İslama qarşı təhqirdə ittiham edilərək başqa tələbə yoldaşları tərəfindən döyülüb.

Maldivlərdə isə bir neçə həftə öncə liberal dünyəvilin müdafiəçisi və dinə qarşı ciddi yanaşmayan tanınmış bir bloqçu mənzilində bıçaqlanıb.

Sudanda insan haqları fəalı Məhəmməd əl-Dosoqi şəxsiyyət vəsiqəsində dininin ateistə dəyişdirilməsi müraciətindən sonra, həbs olunub.

IHEU təşkilatı cəmi üç misalda ateistlər və dinə skeptik yanaşanlara qarşı ayrı-seçki münasibət, təzyiq və hücum hallarını göstərir.

2017-ci ilin Fikir Azadlığı məruzəsində təşkilat, dünyanın 85 ölkəsində qeyri-dindarlara qarşı "kəskin ayrı-seçkilik" hallarını nümayiş etdirib.

Fotonun müəllifi AFP/Getty Images
Image caption Maldivlərdə ateist Yamin Rəşid aprel ayında qətlə yetirilib

Və bu yeddi ölkədə - Hindistan, Maldivlər, Mavritaniya, Pakistan, Sudan və Səudiyyə Ərəbistanı - deyilənlərə görə, qeyri-dindarlar "aktiv şəkildə təqib olunurlar".

IHEU Londonda yerləşən və dünyanın 40-dan çox ölkəsindən olan 120-dən artıq humanist, ateist və sekulyar qruplardan ibarət təşkilatdır.

Onlar əldə etdikləri nəticələri bu həftə Avropa Parlamentinə təqdim ediblər.

"Bu narahat edici cərəyan, insan haqlarına ziddir," IHEU-un baş icraçı direktoru Gary McLeland BBC-ə deyib.

Düşüncə, din və ya inanc azadlığı haqqı İnsan Haqlarının 1948-ci il universal bəyannaməsi ilə qorunur.

Buraya dinini dəyişmək azadlığı və bir kəsin inancını ifadə etməsi və ya inanca sahib olmamağı da daxildir.

"Bir çox ölkələr bu beynəlxalq normaya göz yumur," McLelland əlavə edib.

Kobud pozuntular

Qeyri-dindar şəxslərə qarşı "ən təhlükəli" 85 ölkə arasında 30-u ötən 12 ay ərzindəki məlumatlar əsasında "kobud pozuntular" baş verən qrupa aid edilib.

Bu pozuntulara hökmsüz qətllər və ya dövlət dəstəyi ilə təzyiqdən tutmuş, təqib və ya dindən dönənlərin yoxa çıxmasına qədər hallar daxildir.

Bundan başqa, ayrı-seçkiliyin "kəskin" hesab edildiyi 55 ölkə var.

Buraya dini idarənin ailə qanunları və məhkəmələrdən üstünlüyü, dövlət məktəblərində fundamentalist təlqin və ya qorunan inanclara qarşı tənqid nəticəsində həbs cəzasının tətbiq olunması kimi hallar daxildir.

Almaniya və Yeni Zelandiya kimi ölkələr də "küfr" və bənzər təhqirlərə görə arxaik qanunlar qalsa da, nadir hallarda tətbiq olunur.

"Daha ciddi ayrı-seçkilik formaları ən çox İslam ölkələrində (və ya şimali Nigeriya kimi müxtəlif dinli ölkələrdə İslamın üstünlük təşkil etdiyi ərazilərdə) müşahidə edilir" McLelland deyib.

"Ayrı-seçkilik daha çox qaydaların dinlə idarə olunduğu və ifadə azadlığının məhdud olduğu yerlərdə baş verir. Bu, hesabatdan çıxan mühakimə yox, vəziyyətin əksidir.

Fotonun müəllifi AFP/Getty Images
Image caption Banqladeşdə ateist bloqçu Niloy Chakrabartinin qətli ilə bağlı etiraz aksiyası. Dəkkə, 2015-ci il.

Həm də Qərb problemidir

Fəqət qeyri-dindarlara qarşı ayrı-seçkilik halları bir neçə Avropa ölkəsi və Birləşmiş Ştatlarda da qeydə alınıb.

Bu daha çox mühafizəkar millətçilik və populizmin artığı yerlərdə müşahidə olunub.

"ABŞ-da dindar olmayan insanlara qarşı ayrı-seçkilik və nifrət adi hala çevrilib," Kent Universitetindən Dini Elmlər üzrə tədqiqatçı Dr. Lois Lee deyir.

"Son sorğularda ateistlər ən etibarsız qruplar siyahısına salınıblar."

Fotonun müəllifi AFP/GettyImages
Image caption Washington-da ateistlər aksiya keçirir.

Yerli məlumatlara əsasən, ABŞ-ın cənub-şərqindəki güclü dindar və mühafizəkar ərazilərdə qeyri-dindar şəxslərə qarşı ədavət artıb.

Yenicə lentə alınan sənədli bir filmdə göstərilir ki, Kentucky ştatında yerləşən bir məktəbdə, qeyri-xristian şagirdlərə qarşı münasibətlə bağlı şikayətlərdən sonra, təhqiqat başladılıb.

Dr. Lee-ə görə, baş verənlərə səbəb son dövrlərdə insanların şəxsiyyətlərini din vasitəsilə müəyyənləşdirməsidir. Buraya ateistlər də daxildir.

"Şəxsiyyət siyasəti xalqlardan və etnik kimlikdən dinə doğru dəyişib," o, BBC-ə deyib.

"Bu hazırda daha həssas məsələyə çevrilib və ayrı-seçkilik hədəfinə dönüb."

Fotonun müəllifi AFP
Image caption Rusiyada bloqçu və ateist Ruslan Sokolovskiy ötən ilin may ayında məhkum olunub.

Ateizmin genişlənməsi

Əlbəttə ki, ateistlərə qarşı təqib heç də yeni fenomen deyil.

2014-cü ildə Mavritaniyada bloqçu Məhəmməd Şeyx Üld Mxaitirə küfr ittihamından sonra, ölüm hökmü kəsilib.

Onun hökmü bu yaxınlarda qısaldılaraq 2 illik həbs cəzasına dəyişdirilib.

Səudiyyə Ərəbistanında başqa bir bloqçu Raif Bədəvi, "elektron kanallar vasitəsilə İslamı təhqir etdiyinə görə", 2012-ci ildən bəri azadlığı ilə bağlı beynəlxalq çağırışlara rəğmən, hələ də həbsdədir.

Banqladeşdə isə bir hüquq tələbəsi internetdə dünyəvi baxışlarını paylaşdıqdan sonra, 2013-cü ildə ekstremistlərin hücumu nəticəsində ölüb.

Fotonun müəllifi M. M'khaitir
Image caption Bloqçu Məhəmməd Şeyx Üld Mxaitir 2014-cü ildə həbs olunub

Siyahı davam edir.

Amma müşahidəçilərin bir çoxu deyir ki, bənzər halların artmasına səbəb dindarların artan sayı kimi, qeyri-dindarların sayının da yüksəlməsidir.

Pew Tədqiqat Mərkəzinin təxminlərinə əsasən, qeyri-dindarların (ateistlər, aqnostiklər və özünü heç bir dinə aid etməyən insanların) sayı 2060-cı ilə qədər 1.17 milyarddan 1.2 milyarda yüksələcək.

Bununla belə, onların sayı digər dini qrupların üzvləri qədər sürətlə artmayacaq.

"Qeyri-dindarlar dünyanın ən böyük dini əhalisi arasında üçüncü yeri tuturlar," Dr. Lee deyir.

"Və bizim onları müəyyənləşdirmək üçün xüsusi bir terminimiz də yoxdur, onlar yalnız "qeyri" inkar əlavəsilə təsvir olunur."

Fotonun müəllifi FRED DUFOUR/AFP/Getty Images
Image caption Çində bəzi xristian icmaları dövlət nəzarətində olan kilsələrdən kənarda durmağa çalışır

"Bəzi ölkələrdə hökumətlər ateistləri kiçik qrup kimi görürlər. Amma təhlükələr ucbatından bir çox qeyri-dindarlar ateist kimi üzə çıxa bilmirlər. Və bu görünməzlik problemini yaradır," IHEU-dan Gary McLelland əlavə edir.

"Bu ilki hesabatdan gördüyümüz kimi, insan haqları da bununla bərabər ya qalxır, ya da enir," IHEU prezidenti Andrew Corpson yazıb.

"Qeyri-dindarlar təqibə məruz qalırsa, spesifik dini azlıqların (və cinsi və digər azlıqların) da təqibi deməkdir. Təsadüfi heç nə yoxdur."

Fotonun müəllifi AFP/Getty Images
Image caption Gallup sorğu agentliyinə əsasən 2012-ci ildə ateist və qeyri-dindarların ümumi sayı 36 faiz təşkil edib.

Ölkələr necə sıralandırılır?

  • IHEU-un hesabatı dörd geniş sahə üzrə ölkələri 60 aspektdən qiymətləndirir: qanun və hakimiyyət, təhsil, sosial qarşılıqlı əlaqələr və ifadə azadlığı.
  • Sonra isə ölkələr, qeyri-dindar insanlara qarşı halların kəskinliyi əsasında beş kateqoriya üzrə bölünür: ağır pozuntular, kəskin ayrı-seçkilik, sistematik ayrı-seçkilik, qənaətbəxş və azad və bərabər ölkələr.
  • 2017-ci il məlumatlarında ölçülən aspektlər üzrə ən yüksək göstərici (Kobud Pozuntu) 30 ölkədə ən az bir dəfə müşahidə olunub.
  • Digər 55 ölkədə isə "kəskin pozuntular" aşkarlanıb.
  • Tənqidçilər, bu metodun aydın şəkil yaratmadığını iddia edirlər: məsələn, kilsə və dövlətin ayrı olduğu və qanunların dini zəmində ayrı-seçkiliyi qadağan etdiyi dünyəvi dövlətdə bir alt kateqoriya ilə üst-üstə düşməyə bilər (misal üçün, əgər dövlət dini məktəbləri maliyyələşdirir və ya kilsələri vergidən azad edirsə).
  • "Dünya üzrə reallıqlar və pozuntuların dərəcəsi böyük şəkildə dəyişir. Müqayisə etmək çətindir," Dr. Lee deyir.

Əlaqəli mövzular

Bu barədə daha geniş