Dünya boyu bir gündə öldürülən qadınlar

Dünya boyu hər gün partnyoru və ya ailəsi üzvü tərəfindən 137 qadın öldürülür, Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıq İdarəsinin (UNODC) yaydığı məlumatda deyilir.

Məlumatda deyilir ki, "qadının öldürülməsi ehtimalı ən yüksək olan yer onun yaşadığı evidir".

2017-ci ildə 87,000 qadın qətlə yetirilib. Onlardan yarıdan çoxu yaxınları tərəfindən öldürülüb: təxminən 30 min qadın partnyoru, daha 20 min qadın isə qohumu tərəfindən öldürülüb.

Öldürülən kişilərin sayı hələ daha çoxdur, lakin...

UNODC-in topladığı məlumatlar göstərir ki, "qəsdən adam öldürmə nəticəsində həyatlarını itirən kişilərin sayı qadınlardan 4 dəfə çoxdur"

Hesabatda qeyd olunub ki, qəsdən adam öldürmə hallarının hər 10 qurbanından 8-i kişidir.

Eyni zamanda deyilir ki, intim partnyorun əlindən ölənlərin hər 10 qurbanından 8-i qadındır.

Bir gündə 21 ölkədə 47 qadın

BBC 100 Qadın layihəsi və BBC Monitorinq statistik rəqəmlər arxasında duran qadınlar barədə daha çox məlumat əldə etmək qərarına gəlib.

Biz, bir gün ərzində - 2018-ci ilin oktyabrın 1-də - dünya boyu başqa şəxs tərəfindən öldürülən qadınlar barədə mediada işıqlandırılan xəbərləri araşdırdıq.

Regional mütəxəssislərimiz xəbərlərdə əksini tapmış 21 ölkədə gender səciyyəli səbəblər zəminində 47 qadının öldürülməsi hadisəsini aşkar ediblər.

Bu qətllərin əksəriyyəti hələ də araşdırılır.

Aşağıda göstərilən həmin hadisələrdən beşi yerli KİV-lərdə işıqlandırılıb və BBC-nin müraciət etdiyi yerli rəsmilər tərəfindən yoxlanılıb.

Judith Chesang Fotonun müəllifi Family handout

Judith Chesang, 22 yaş, Keniya

Bazar ertəsi, oktyabrın 1-də Judith Chesang bacısı Nancy ilə ailələrinə məxsus fermada tarlaya məhsul yığmağa yollanırlar.

Üç uşaq anası Judith, bir müddət əvvəl əri Laban Kamuren-dən ayrılaraq valideynlərinin evinə qayıtmışdı.

Bacılar tarlada işə başlayandan sonra Laban fermaya gəlib Judith-ə hücum çəkir və onu öldürür.

Yerli polisin bildirdiyinə görə, həmin hadisədən sonra kəndlilər kişini öldürüb.

BMT hesabatına görə Afrika qadınların intim partnyoru və ailə üzvü tərəfindən öldürülməsi riski ən yüksək olan bir yerdir: hər 100 min adama 3.1 ölüm hadisəsi təsadüf edir.

2017-ci ildə Asiyada intim partnyor və ya ailə üzvü tərəfindən ən çox sayda qadın öldürülüb - 20000-ə yaxın qadın.

Neha Chaudhary Fotonun müəllifi Manohar Shewale

Neha Şarad Çaudury, 18 yaş, Hindistan

Neha Sharad Chaudury, 18 yaşı tamam olanda "namus üstündə" öldürülüb. O, sevgilisi ilə ad gününü qeyd edirdi.

Polis BBC-yə təsdiq edib ki, qızın valideynləri onların münasibətinə icazə verməyiblər.

Onun valideynləri və başqa bir kişi qohumu onu evdə öldürməkdə ittiham olunurlar.

İstintaq davam edir və üçlük məhkəməyədək məhkəmə nəzarəti altında qalmaqdadır.

BBC Nehanın valideynləri və onun qohumunu təmsil edən vəkildən öyrənib ki, onlar ittihamları rədd etmək niyyətindədirlər.

Hər il yüzlərlə adam sevdiklərinə və ya ailələrinin iradəsinə zidd olaraq evləndiklərinə görə öldürülürlər.

"Namus üstündə" deyilən qətllərə dair rəsmi məlumat əldə etmək çətindir, çünkki belə hadisələr çox vaxt işıqlandırılmır və qeydə almır.

Zeinab Sekaanvand Fotonun müəllifi Private via Amnesty International

Zeynəb Sekaanvan, 24, İran

Zeynəb Sekaanvan, ərini öldürdüyünə görə İran rəsmiləri tərəfindən edam olunub.

Zeynəb İranın şimal-qərbində kürd mənşəli, yoxsul mühafizəkar bir ailədə doğulub.

O, daha yaxşı həyat tapmaq ümidilə yeniyetmə yaşında evlənmək üçün qaçıb.

Amnesty International deyir ki, onun əri əsəbi olub və ondan boşanmağa razılıq verməyib, Zeynəbin şikayətlərinə isə polis etinasız yanaşıb.

O, ərini öldürdüyünə görə 17 yaşında həbs olunub.

Amnesty təşkilatı da daxil, onu dəstəkləyənlər bildiriblər ki, ərinin öldürülməsini boynuna almaq üçün ona işgəncə verilib, o, polis tərəfindən döyülüb və onun işinə məhkəmədə ədalətli baxış keçirilməyib.

UNODC hesabatında qeyd olunur ki, intim partnyorlarını öldürən qadınlar çox vaxt "uzunmüddətli fiziki zorakılığa məruz qalırlar".

Qətlləri törədən kişilərin motivasiyası kimi isə "qadına öz mülkü kimi yanaşma, qısqanclıq və atılmaq qorxusu" hissləri olub, hesabatda göstərilib.

Görünür, bu cür hisslər Zeynəbin öldürüldüyü gün Braziliyada uzun illərin cütlüyünün ölü tapılmasına səbəb olub.

Sandra Lucia Hammer Moura Fotonun müəllifi Reproduction / Facebook

Sandra Lucia Hammer Moura, 39 yaş, Braziliya

Sandra Lucia Hammer Moura 16 yaşında Augusto Aguiar Ribeiro ilə evlənib.

Ər arvadını öldürəndə onlar artıq beş ay idi ki, ayrı yaşayırdılar.

Polis BBC-yə təsdiqləyib ki, qadın boğularaq bıçaqlandığına görə ölüb.

Polisin kişinin mobil telefonunu ələ keçirib. Orada o, arvadını öldürdüyünü etiraf edib. O deyib ki, arvadı Sandra başqa kişilə görüşür və o, özünü arvadı tərəfindən satılmış kimi hiss edir.

Kişi sonra özünü yataq otağında asıb.

Sandra-nın əhvalatı "qətl-intihar" kimi məlum olan hallara aid edilir - fərd intihar etməkdən əvvəl başqalarını da öldürür.

BBC Monitoring oktyabrın 1-də Latın Amerikasında 14 qadın qətli hadisəsi aşkar edib.

Onlardan ikisi Salvadorda baş verib.

Salvador rəsmiləri BBC-yə bildiriblər ki, 2018-ci ildə bu günədək azı 300 qadın öldürülüb.

Marie-Amélie Vaillat Fotonun müəllifi PHOTOPQR/LE PROGRES/Photo Jean-Pierre BALFIN

Marie-Amélie Vaillat, 36 yaş, Fransa

Marie-Amélie əri Sébastien Vaillat tərəfindən bıçaqlanıb.

O, polisə təslim olub və bir neçə gündən sonra həbsxanada özünü öldürüb.

Sakinlər Marie-Amélie Vaillat-ın bıcaqlandığı dükanının önündə gül əklilləri qoyub və onun xatirəsinə yürüş təşkil ediblər.

A march in memory of Marie-Amélie Vaillat Fotonun müəllifi PHOTOPQR/LE PROGRES/Photo Jean-Pierre BALFIN
Image caption Marie-Amélie Vaillat-in xatirəsinə yürüş keçirilib
Short presentational grey line

Bütün şəkillər müəlliflik hüququ ilə qorunur

100 Qadın layihəsi

BBC-nin 100 Qadın layihəsi hər il dünya boyu 100 ən ilhamverici və nüfuzlu qadını seçir və onların həyat hekayəsini paylaşır.

2018-ci il qadın hüquqları üçün mühüm il olduğundan, BBC-nin 2018-ci il üçün 100 Qadın layihəsində ehtiras, qəzəb və hiddətdən güc alaraq yaşadıqları mühitdə gerçək dəyişikliklərə nail olan öncül qadınlar yer alıb.

Bu barədə daha geniş