Brexit: Aİ-ni tərk etməyin beş çətinliyi

Fotonun müəllifi Getty
Image caption London şəhəri Avropanın ən böyük maliyyə mərkəzi olmaqda qalacaqmı?

Avropa İttifaqını tərk etməklə bağlı kampaniya referendumda qalib gəlib. Bu o deməkdir ki, indi Britaniya 28 ölkədən ibarət qrupu tərk etməlidir.

Bu proses Brexit adlandırılır. Bu, Birləşmiş Krallıq və Avropa İttifaqı üçün nə deməkdir?

Britaniyaya xüsusi status razılaşması qüvvədən düşür

Fotonun müəllifi AFP
Image caption David Cameron (solda) Aİ-dən güzəştlər əldə etsə də, bu, Britaniya seçicilərini razı salmaqda kifayət etməyib

Baş nazir David Cameron-un fevral ayında Aİ ilə əldə etdiyi razılaşmaya görə, Britaniyaya Aİ üzvü kimi verilmiş xüsusi status indi qüvvədən düşür.

Razılaşmaya görə, Britaniya avrozonadan kənar qaldığı üçün ayrıseçkiliyə məruz qalmayacağına dair zəmanət almışdı.

Bu, Londonu Avropanın ən böyük maliyyə mərkəzi kimi qoruyurdu. Əvəzində isə Britaniya daha dərin avrozona inteqrasiyasına mane olmayacağına söz vermişdi.

Əgər Britaniya Aİ bazarına güzəştli şərtlərlə giriş üçün danışıqları həyata keçirə bilsə, bura ayrıseçkilikdən təminat daxil olmayacaq.

Çıxmaqla bağlı danışıqlar

Fotonun müəllifi AFP
Image caption Üzv dövlətin Aİ-ni tərk etmısinə dair Lissabon Müqaviləsi ilk dəfə gündəmə gəlib

Cənab Cameron oktyabr ayınadək istefa verəcəyini və Britaniyanın Aİ-dən çıxmasıyla bağlı danışıqları həyata keçirmək üçün rolu davamçısına ötürəcəyini bildirib.

Əvvəllər heç vaxt istifadə edilməmiş Lissabon Müqaviləsinin 50-ci Maddəsinə görə, bu razılaşmaya nail olmaq üçün iki il müəyyənləşdirilib.

Bu müddət, yalnız 28 üzv dövlətin hamısının razılığı ilə uzadıla bilər.

Proses, Britaniyanı Aİ-ə bağlayan təxminən 80 min səhifəlik qanunlardan imtinanı nəzərdə tutur.

Bəziləri isə saxlanılacaq, çünki Aİ siyasətinin bəzi sahələri, Norveç və İsveçrə kimi qeyri Aİ üzvlərini də əhatə edir.

Bəzilərinin adlandırdığı kimi, bu “boşanma razılaşmasına” görə, Britaniya və Aİ aktivlərin necə bölünməsi, Aİ büdcə məsələlərini həll etmək və Aİ üzvü olan ölkə vətəndaşlarının Britaniyadakı gələcək haqları və əksini razılaşdırılmalıdırlar.

Saziş əksər Aİ üzvləri tərəfindən, üstəgəl Avropa Parlamenti və Britaniya Parlamentində təsdiq olunmalıdır.

Yeni ticarət anlaşması

Fotonun müəllifi Reuters
Image caption Britaniya Niderlandın Rotterdam şəhərindən böyük ticarət marşrutu kimi istifadə edir

Yeni Britaniya-Aİ ticarət razılaşmaları çıxmağa dair iki illik danışıqlar müddətində başlaya bilər.

Əgər Aİ Britaniyanın formal çıxışına qədər gözləsə, danışıqlar daha beş il və ya daha artıq uzana bilər.

Razılaşmanın uzanmasıyla Britaniya və Aİ arasında ticarət Dünya Ticarət Təşkilatının (WTO) qaydaları altında həyata keçiriləcək.

Bu o mənaya gəlir ki, Britaniya ixracatçıları da Çin və ABŞ kimi, yeni Aİ idxal tariflərini ödəyəcəklər və qeyri-tarif baryerləri ilə üzləşəcəklər.

Britaniya iqtisadiyyatının 80 faizini təşkil edən xidmət sahəsi Aİ ümumi bazarına güzəştli şərtlərlə giriş imkanını itirəcək.

Aİ-nin Kanada, Sinqapur və Cənubi Koreya da daxil olmaqla, 53 dövlətlə ticarət razılaşmasından Britaniya bundan sonra bəhrələnə bilməyəcək.

Əgər Britaniya bundan fayda görmək istəyirsə, həmin ölkələrlə yenidən danışıqlar aparmalıdır.

Qalmaq tərəfdarlarının bildirdiyinə görə, dünyanın ən böyük ticarət məkanı olan Aİ ümumi bazarına tam giriş Britaniya üçün çox əhəmiyyətli idi.

Lakin bu imkanın şərtləri daxilində işçilərin sərbəst hərəkəti, Aİ büdcəsinə ödəmələr və Aİ qaydalarının qəbulu da var.

Aİ daha çox üzvünün klubu tərk etməsini istəmir.

Britaniya bu şərtlərə qoşula bilər, lakin o, Aİ qanunlarına təsir imkanını itirir, çünki səsvermə hüququnu itirir.

Britaniyanın yeganə arqumenti, Fransa ərzağı və Almaniya maşınları kimi Aİ ixracı üçün böyük bazardır.

Büdcə töhfələrinə son

Fotonun müəllifi Getty
Image caption Uels kasıb reginonları üçün Aİ-dən böyük məbləğdə ödəniş alırdı

Britaniya Aİ-ni tərk etdikdən sonra onun büdcəsinə pul ödəməyi də dayandıracaq.

Britaniya hazırda Aİ büdcəsinə illik 11 milyard avro ödəyir və bu məbləğ evdə qalacaq.

Bunun bir qismi Milli Səhiyyə Xidmətlərinə (NHS) və ya yanacağa qoyulan ƏDV-nin silinməsinə xərclənə bilər.

Lakin Britaniya fermerləri indi Aİ-dən birbaşa ödəniş əldə etməyəcəklər. Bu gəlirlər 2015-ci ildə təxminən 3 milyard avro təşkil edib.

Britaniya hökumətinin bu məbləğin nə qədərini ödəyəcəyi, əgər ödəyəcəksə, məlum deyil.

Eyni zamanda Britaniyanın kasıb regionlarının gələckdə nə qədər əldə edəcəyi də məlum deyil. İndi onlar Aİ regional maliyyələşdirilməsi haqqını da itirir.

İmmiqrasiya problemi

Fotonun müəllifi Getty
Image caption 2004-cü ildə Britaniyanın qapılarını açmasıyla bir çox polşalı Londona avtobuslarla gəlib

Britaniya Aİ immiqrasiyasının sayını azaltmağa çalışacaq, yəqin ki, Avstraliyada olduğu kimi, bal sistemilə.

Bu o deməkdir ki, yüksək ixtisaslı işçilərə üstünlük veriləcək və aşağı ixtisaslı işçilərin qarşısı alınacaq.

Aİ-dən Britaniyaya iş axtarmaq üçün gəlmiş bir çoxuna ölkəni tərk etmələri istənilə bilər.

Lakin ilk öncə Britaniya, ölkədə yaşayan təxminən 2.2 milyon Aİ işçisinin statusunu müəyyənləşdirməlidir.

Lakin azad səhayətlə bağlı qadağanın ən azı iki il, Britaniyanın Brexit danışıqlarını həyata keçirdiyi müddətdə tətbiq olunmayacağı gözlənilir.

Təxminən iki milyon britaniyalı da Aİ ölkələrində yaşayır. Ona görə də Aİ işçilərinə qarşı tədbirlər xaricdəki britaniyalılara da təsir edə bilər.

Britaniyanın dərhal həyata keçirə biləcəyi şey isə miqrantların əldə etdiyi imtiyazlarla bağlı qaydaların sərtləşdirilıməsidir.

Brexit sözsüz ki, digər Aİ ölkələrindəki Aİ-yə və miqrasiyaya qarşı olan partiyaların mövqeyini möhkəmləndirəcək.

Bu həmçinin digər Aİ ölkələrində də üzvlüklə bağlı referendumların keçirilməsini təşviq edə bilər.

Brüssel bunu “domino” effekti – Avropa layihəsi üçün kabus hesab edir.

Bu barədə daha geniş