Suriya münaqişəsində Rusiya “qalib” ola biləcəkmi?

Fotonun müəllifi Reuters
Image caption Son həftələr ərzində Hələb şəhəri uğrunda döyüşlər şiddətlənib.

Hələb uğrunda həlledici döyüşlər Bəşər Əsəd və onun müttəfiqlərinin gözlədiyi nəticəni vermədi. Rusiyanın “humanitar dəhlizi” və müvəqqəti atəşkəs barədə təkliflərinə baxmayaraq, Əsəd ordusu müxalifət silahlı qruplaşmalarının sərt müqaviməti ilə rastlaşdılar.

Hələbdə uzun müddət davam edən humanitar fəlakətə baxmayaraq müxalifət Hələb şəhərinin hökümət qoşunları tərəfindən zəbt edilməməsi üçün müqavimətə son vermək niyyətində deyil.

Müxalifətçilərin dediklərinə görə, onlar hökümət qoşunlarının mühasirəsini yarıb şəhərin Ramuse adlanan rayonuna nəzarəti ələ keçiriblər. Bu müqavimətin digərlərindən fərqi ondadır ki, vətəndaş müharibəsinin başlanmasından xeyli vaxt sonra müxalifətin silahlı qüvvələri Əsəd və onun müttəfiqlərinə qarşı birlikdə hərəkət etmək barədə razılığa gələ biliblər.

Həmçinin oxu:Rusiya Suriyada niyə fəaldır?

Fotonun müəllifi AP
Image caption Suriyada hava zərbələri həyata keçirən Rusiya cihadçıları hədəflədiyini bildirir.

Qəribədir ki, müqavimətdə “Azad Suriya Ordusu”ndan savayı “Cəbhət Fəttah əş-Şam” (Cəbhət ən-Nüsrə) radikal sünni qruplaşması da iştirak edirdi.

Müdaxilənin səbəbləri

Lakin qeyd etmək lazımdır ki, Hələb uğrunda döyüşlər hələ başa çatmayıb və belə görünür ki, Əsəd qoşunları humanitar fəlakətə rəğmən geri çəkilmək niyyətində deyillər. Həmçinin döyüşlərin bu qədər uzanması Rusiyanın qarşısında necə çətin bir məsələnin dayandığının da göstəricisidir.

Rusiyanın 2015-ci ildə Suriya münaqişəsinə hərbi müdaxiləsinin bir neçə səbəbi var idi. Bəşər Əsəd rejiminin çox ağır bir vəziyyətdə olması və demək olar ki, ölkənin idarəsinin tamamilə (Dəməşq bir neçə ətraf yaşayış məntəqələri istisna olmaqla) itirilməsi Rusiyanın Yaxın Şərqdəki son dayaq məntəqəsinin də yoxa çıxması deməkdir. Bu təhlükənin də aradan qaldırılması üçün yeganə çarə hərbi müdaxilə idi.

Beynəlxalq sanksiyaların fonunda Rusiya prezidenti Vladimir Putin Suriya məsələsində daha aktiv mövqe tutaraq Qərb ölkələrini, xüsusən də ABŞ-ı əməkdaşlığa məcbur etmək niyyətində idi.

Image caption Artilleriya atəşi və bombardman Hələb şəhərinin bəzi hissələrini xarabalara çevirib.

Etiraf etmək lazımdır ki, müəyyən qədər Rusiya bu məqsədinə çatdı. Sonuncu Münhen təhlükəsizlik konfransında Rusiya anti-terror koalisiyasının digər üzvləri ilə eyni danışıq masası arxasına oturmağa müvəffəq oldu. Beynəlxalq hüquq təşkilatlarının və BMT-nin hərbi müdaxilənı açıq şəkildə pisləmələrinə baxmayaraq Rusiya müdaxilənin “Suriya tərəfinin dəvəti ilə” təşkil edildiyi versiyasını səsləndirməkdə davam edir.

Rusiya Müdafiə Nazirliyi Suriyada radikal terrorçulara qarşı aparılan mübarizənin nailiyyətlərindən ağız dolusu danışsa da 2015-ci ildən bu yana olan itkiləri barədə danışmağı rədd edir.

Hərbi itkilər

Qeyri-rəsmi məlumatlara görə, Rusiya hərbi müdaxilənin başladığı gündən bu yana 10-dan çox hərbi vertolyotunu və ekipajını itirmişdir.

Müdafiə naziliyi isə rəqəmləri nə təsdiq nə də təkzib edir. Rusiyanın özündə isə əhali Suriyaya edilən hərbi müdaxilə ideyasını dəstəkləmir. Rəy sorğularına əsasən insanlar rəsmi Kremlin bu addımlarının ölkəni regionun aparıcı ölkəsi olan Səudiyyə Ərəbistanla üz-üzə gətirəcəyindən çəkinir.

Fotonun müəllifi RIA Novosti
Image caption Rusiya Hələbi nəzarət altına almaq istəyən Bəşər Əsəd qüvvələrini dəstəkləyir.
Həmçinin oxu: Putin üçün Suriya sınağı

Rusiyanın Suriya münaqişəsindən qalib çıxmaq şansı var. Əgər qarşıya qoyulan əsas məqsədlərin heç olmasa bir hissəsi həyata keçirilsə bu Moskvanın müttəfiqlərlə danışıq masasında mövqeyini daha da gücləndirəcək. Nəticədə Moskva da öz şərtlərini diktə edə biləcək.

Düzdür, bunun üçün Rusiya islamçılara qarşı apardığı mübarizənin miqyasını daha da böyütməli, ən əsası isə strateji əhəmiyyətli Hələb şəhərinin müttəfiqi Bəşər Əsədin idarəsi altına keçməsini təmin etməlidir.

Bu barədə daha geniş