İnfoqrafika: İlham Əliyev nə ilə məşğuldur?
İlham Əliyev rəqəmlərdə
2016-cı il yanvar-avqust arasında Prezident Əliyev:
341
fərman və sərəncam imzalayıb
21
lent kəsib
-
12 dəfə xaricə gedib
-
5 ölkə ilə sənəd imzalayıb
-
2 müsahibə verib
-
1 ağac əkib
Prezident İlham Əliyevin günləri görüşlərlə, zavodların açılışları ilə, rəsmi səfərlərlə doludur.
Prezident Əliyev 2016-cı ilin yanvar və avqust ayları arasında 50 ölkənin nümayəndə və ya rəsmisilə görüşüb.
Şəklin mənbəyi, Getty Images
Prezidentin rəsmi saytından belə qənaətə gəlmək olar ki, bu müddət ərzində o, daha çox İran rəsmilərilə vaxt keçirib.
Bundan başqa o, Türkiyə, ABŞ, və Rusiya nümayəndələrilə də tez-tez görüşüb, bu ölkələrlə bağlı çoxlu danışıqlarda iştirak edib. Bu diaqramda, 3-dən çox görüşü və ya səfəri olan ölkələr göstərilir.
Prezidentin saytındakı məlumatlardan belə çıxır ki, cənab Əliyev daha çox İran prezidenti Həsən Ruhani ilə vaxt keçirib.
Bakıdan kənar lakin ölkə daxilindəki görüş və tədbirlər bu il əsasən Qəbələdə keçirilib. Qəbələ səfərindən əsas məqamlar:
Şəklin mənbəyi, AzerTag
Prezident İlham Əliyev "Qəbələ" Park-Bulvar Kompleksinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.
- "Qəbələ" Park-Bulvar Kompleksi yenidənqurmadan sonra istifadəyə verilib
- Qəbələdə icrası davam edən turism və idman infrastrukturu layihələri ilə tanış olub
- Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirindən sonra açılışında iştirak edib
- "Qafqaz Tufandağ Mountain Resort" otelinin açılışında iştirak edib
- "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib
- YAP Qəbələ rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib
- Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında iştirak edib
Şəklin mənbəyi, Getty Images
İlham Əliyev ATƏT Minsk Qrupunun təmsilçilərilə
Burada isə cənab Əliyevin buil görüşdüyü qurum və qeyri-ticarət təşkilatları qeyd olunur.
Prezident Əliyev daha çox mart ayında fəal olub. O, bu ay ərzində 63 görüş, tədbir və ya açılışda iştirak edib. Onun iş qrafikinə əsasən cənab əliyevin ən çox boş vaxtı olan ay isə iyul ayıdır.
Şəklin mənbəyi, President.az
Aprel ayında Prezident Əliyev Barack Obama ilə Vaşinqtonda keçirilən sammit zamanı şəkil çəkdirib. Bəzi siyasi şərhçilər bunun "siyasi məhbusların azad olunması üçün mükafat" kimi dəyərləndirib