Beyin qanaması keçirmiş Şimon Peresin "vəziyyəti ağırdır"

Şemi Peres

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Şemi Peres deyib ki, onun ailəsi müəyyən qərar qəbul etməli olacaq.

Beyin qanaması ardınca xəstəxanaya yerləşdirilmiş İsrailin sabiq prezidenti Şimon Peresin vəziyyəti ağırdır, onun nümayəndələri deyirlər.

93 yaşlı siyasətçi süni komada saxlanılır.

Onun oğlu Şemi Peres deyib ki, vəziyyətin inkişafından asılı olaraq onun ailəsi müəyyən qərar qəbul etməli olacaq.

Cənab Peres bu il ürəklə bağlı problemlərə görə iki dəfə xəstəxanaya yerləşdirilib.

Siyasətçi 2007-2014-cü illərdə İsrailin prezidenti olub. O, həmçinin xarici və daxili işlər, müdafiə, maliyyə və rabitə nazirliklərinə başçılıq edib.

1994-cü ildə Şimon Peres fələstin lideri Yasir Ərəfatla birlikdə Nobel Sülh mükafatını qazanıb.