Britaniyanın iki gələcək kralı Kanadaya səfər edir - şəkillər
Kanadaya rəsmi səfər edən Cambridge hersoqu və hersoginyası özlərilə 3 yaşlı şahzadə Georg və 1 yaşında olan şahzadə Charlotte-anı aparıblar. Bu, Cambridge hersoginyası Catherine Middleton və Cambridge hersoqu şahzadə William-ın Kanadaya sayca ikinci səfəridir.

Şəklin mənbəyi, Getty Images
Kanadaya rəsmi səfər edən Cambridge hersoqu və hersoginyası Britaniya Kolumbiyasının paytaxtı Victoria şəhərinə gəliblər.
Şəklin mənbəyi, Reuters
Qonaqları qarşılayanlar şahzadə Georg və may ayında 1 yaşı tamam olmuş şahzadə Charlotte-anı səbirsizliklə gözləyiblər.
Şəklin mənbəyi, AFP/Getty Images
Cambridge hersoqu və hersoginyasını Kanadanın baş naziri qarşılayıb. Bu arada şahzadə Georg Justin Trudeau-nun bütün vəhclərinə baxmayaraq baş nazirə "beş vur" və onun əlini sıxmaq təkliflərini rədd edib.
Şəklin mənbəyi, Getty Images
Britaniyalı qonaqları baş nazirlə yanaşı Kanadanın general-qubernatoru David Johnston salamlayıb.
Şəklin mənbəyi, Reuters
Britaniya Kolumbiyasının qanunverici məclisinin binası qarşısında Cambridge hersoqu və hersoginyasını izdiham alqışlayıb.
Şəklin mənbəyi, AFP/Getty Images
Bəziləri kraliça II Elizabeth-in böyük nəvəsi, şahzadə William-la selfie çəkdirə bilib. Vancouver Sun qəzeti yazır ki, kanadalıların kral ailəsi üçün hələ də "ürəkləri gedir".
Şəklin mənbəyi, AP
Qarşılama mərasimində ölkənin köklü sakinlərinin rəqs qrupu da iştirak edib.
Şəklin mənbəyi, Getty Images
Cambridge hersoqu və hersoginyası iki dünya müharibəsində həlak olanların xatirə abidəsinə baş çəkiblər.
Şəklin mənbəyi, Getty Images
Şahzadə William və Catherine Justin Trudeau və onun xanımı Sophie Grégoire ilə vaxt keçiriblər.