Azərbaycanın ilk Meksika əsilli futbolçusunun hekayəsi

Adan Coronado

Şəklin mənbəyi, Peşəkar Futbol Liqası

The Guardian qazeti Azərbaycanın AZAL futbol klubun amerikalı futbolçusu Adan Coronado-dan peşəkar karyerası ilə bağlı müsahibə alıb.

Kaliforniyanın Los Angeles şəhərindən cənubda yerləşən Hawaii Gardens bölgəsində böyüyən Meksika əsilli futbolçu Adan Coronado, AZAL Peşəkar Futbol Klubunda (PFK) oynayır.

Futbolçu deyir ki, AZAL onu almaq istəyəndə ağlından "Azərbaycan hardadır" sualı keçib.

"Google-a gedib sual yazdım: 'Bu yer hardadır?!' Gördüm Türkiyədən o yanadır: "Evdən bir az uzaq, okeanın tam əks tərəfindədir'"

"Şansım olsaydı, mənim xaricdə oynamağa həmişə marağım olub", Coronado deyir.

"Mən hər şeyi tərk etdim - universiteti, ailəmi. 21 yaşım vardı. Peşəkar futbolçu olmaq istəyirsənsə bu artıq gecdir. Amma düşündüm ki, heç nə itirəsi deyiləm, niyə də yox?", o əlavə etdi.

Almaniyanın üçüncü liqasında Kickers Emden klubunda peşəkar karyerasına başladıqdan sonra, klub maddi problərlə üzləşdi, və sürətlə yarı həvəskar beşinci liqaya düşdü.

"Mən bir az təəcübləndim", Coronado etiraf edir.

Dost və tanışların köməyi ilə o Bosniya və Herseqovinada klub taparaq iki mövsüm oynayıb. Onun peşəkər arzusu hələ də canlı idi.

O zaman ona Bakıdan zənq gəldi.

"Mən bu adamı tanımırdım, ona görə əvvəl bir az şübhəli idi", o deyir.

Amma artıq bil ilə yaxın keçdikdən sonra Coronado Azərbaycanın səkkiz klubdan ibarət premyer liqasının tək Meksika əsilli Amerikalı futbolçusu olmaqla qürur duyur.

"Mən birincisi idim!", o gülür. Bakıya gəldikdə, klub onun barədə qısa bir sənədli film hazırlayıb.

"Onlar 'nə baş verir düşünürdülər!?' Məni çəkirdilər və mədəniyyətim barədə maraqlanırdılar. Burda Meksika əsilli amerikalı olmaq fərqlidir".

Coronadonun gürcü, çinli və iranlı komanda yoldaşları var. "Burda çox adam ingiliscə danışmır - əsas türk və rus dilidir", o deyir.

Uşaqlıqda Coronadonun ən sevdiyi futbolçu Manchester United-dən Eric Cantona idi. O evdə Avropa futbol maçlarını izləyirdi. Atası ona Avropada futbolun Amerikadan fərqli olduğu izah edirdi.

"Mən bunu görüb yaşamaq istəyirdim", Coronado deyir.

Amma reallıq televiziyada göstərilən şık kadrlardan fərqlidir.

"Mən əvvəl mənə verilən az maaşla dolanırdım", Coronado izah edir.

"Onlar sənə yaçayış yeri tapmaqda kömək edirlər və qazandığım pulun qalanını yeməyə və evə səyahət etməyə bilet pulu üçün yığırdım. Aşağı liqalarda həmişə belə başlayır. Azərbaycanda olan hamı İngiltərə, İspaniya, Fransa və ya Almanyaya getmək istəyir. Onlar burdan çıxmaq istəyirlər."

Aləsindən və rəfiqəsindən uzaqda, Coronado işdən kənarda komanda yoldaşı ilə birlikdə yeni buraxdıqları brend qeyim firmasını idarə edir.

"Bir gün evə dönəcəm, amma əvvəl dünyanı gəzib başqa mədəniyyətlər barədə öyrənmək istəyirəm", Coronado deyir.

"Bəlkə mən rahat olub sabit həyat qurmalıyam, amma mən dünya barədə maariflənmək istəyirəm. Evə nə vaxt qayıtsam məndən soruşurlar: 'Bu dəfə qalacaqsan?' Mən isə deyirəm: 'Yox, bəlkə gələn dəfə'."