Roma Papası Qarabağ münaqişəsi haqqında: "Yeganə yol dialoqdur"
Roma Papası Qarabağ münaqişəsi haqqında: "Yeganə yol dialoqdur"
Bazar günü axşam saatlarında Azərbaycandan geri qayıdarkən Roma Papası Francis təyyarədə jurnalistlərə danışıb. O, Dağlıq Qarabağ münaqişəsi barədə suala da cavab verib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan əlaqələrinin yaxşılaşması üçün "yeganə yol dialoqdur".
"Səmimi dialoq, masa-altı söhbətlər olmadan, səmimi, üz-üzə, açıq danışıqlar. Bu mümkün olmasa onlar cəsarət göstərib beynəlxalq tribunalın məsələyə müdaxilə etməsinə çağırış etməlidirlər, məsələn Haaqada".