Əliyev, Erdoğan və Putin Dünya Enerji Konqresində - şəkillərdə

Əliyev, Erdoğan və Putin Dünya Enerji Konqresində - şəkillərdə

Şəklin alt yazısı,

Rusiya prezidenti Vladimir Putin təyyarənin vurulması nəticəsində yaşanmış böhrandan sonra ilk dəfə Türkiyəyə səfər edib

Şəklin alt yazısı,

Üç lider arasında bu cür dostyana fotolar xüsusilə Azərbaycan sosial mediasında diqqət cəlb edib

Şəklin alt yazısı,

23-cü Dünya Enerji Konqresi "Yeni üfüqlərə qucaq açmaq" devizi altında keçirilib

Şəklin alt yazısı,

Dünya Enerji Konqresində çıxış edən cənab Putin Türk Axını təbii qaz boru xətti layihəsini həyata keçirmək istəyində olduğunu açıqlayıb. Prezident Erdoğan da layihəyə müsbət baxdığını söyləyib.

Şəklin alt yazısı,

Rusiya prezidenti Vladimir Putin nitqində deyib ki, ölkəsi neft hasilatını azaltmağa hazırdır və digər hasilatçıları da buna səsləyir. "Mövcud şəraitdə neftin bazar mexanizmlərinin pozulması halı baş verib", AzərTac ondan sitat gətirir.

Şəklin alt yazısı,

"Biz bu ay müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd edəcəyik. Bizim müstəqil ölkəmizin inkişafında enerji sektoru xüsusi rol oynamışdır", Prezident Əliyev öz çıxışında deyib.

Şəklin alt yazısı,

"Mən dördüncü dəfədir ki, bu il Türkiyəyə səfər edirəm və əziz qardaşım Rəcəb Tayyib Ərdoğan da Azərbaycana səfərlər edir. Bizim dostluğumuz, birliyimiz, qardaşlığımız daimidir, əbədidir, sarsılmazdır", Prezident Əliyev nitqini bu sözlərlə bitirib.

Şəklin alt yazısı,

Azərbaycan və Türkiyə prezidentləri Space telekanalına danışıblar. "Çox xoş oldu. Qardaşımla bərabər bir arada olduq. Onun üçün də çox xoşbəxtəm", cənab Erdoğandan sitat gətirilir. Prezident Əliyev isə deyib: "Biz hər zaman bir yerdəyik, bir yerdə olacağıq. Əziz qardaşımın dediyi kimi, bu gün buraya gələnlərin mütləq əksəriyyəti Türkiyəyə, əziz qardaşıma dəstək vermək üçün gəlib. Bu, çox böyük uğurdur. Türkiyə yenə də bütün dünyanı dəvət etdi, öz ətrafına yığdı. İnşallah, daha da gözəl günlərimiz olacaq, bax, həmişə belə, bərabər".