Pakistanın baş naziri Muhammad Nawaz Sharif Bakıdadır

Şəklin mənbəyi, AFP
Pakistanın baş naziri Muhammad Nawaz Sharif prezident İlham Əliyevin dəvətilə Azərbaycana üç günlük səfərə gəlib.
İkitərəfli əlaqələri, o cümlədən iqtisadi - ticarət və sərmaye sahəsində əməkdaşlıq danışıqların əsas mövzusu olacaq, Pakistanın AP agentliyi yazır.
Prezident İlham Əliyev və baş nazir Artur Rasizadə ilə görüşlərin sonunda birgə bəyannamə imzalanacaq.