Bakı sakinləri müstəqillik barədə danışır

Bakı sakinləri müstəqillik barədə danışır

Oktyabrın 18-də Azərbaycanda Müstəqilliyin 25-ci ili qeyd olunur.

70 ildən çox SSRİ-nin tərkibində olan Azərbaycan, keçən əsrin 80-ci illərinin sonunda başlayan Milli Azadlıq Hərəkatı nəticəsində 1991-ci ilin 18 oktyabrında müstəqilliyini elan edib.

1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

Çərşənbə axşamı şəhər sakinləri BBC Azərbaycancanın "Müstəqillik sizə nə verib?" sualını cavablandırıb.

Videonu müxbir Günel Səfər hazırlayıb.