"Əsa" teatrı Azərbaycanda əlilliyi olan və olmayan insanların birgə yaratdığı ilk teatrdır
"Əsa" teatrı Azərbaycanda əlilliyi olan və olmayan insanların birgə yaratdığı ilk teatrdır. 12-15 nəfərdən ibarət olan "Əsa" teatr komandasının 8 üzvü əlilliyi olan gəncdir.
Teatrın təsisçisi, Nihad Qulamzadə inklüziv komanda ilə işləməyin əlilliyi olan insanları daha yaxşı anlamağa kömək etdiyini vurğulayır və bu işindən zövq aldığını deyir.
Teatrın direktoru, Murad Məmmədov düşünür ki, çəlikdən istifadə etməsinə baxmayaraq bu teatr səhnəsində o gələcəkdə yaradacağı personajları çəliksiz ifa etməyi də sınaya bilər.
İncəsənət Universitetinin rejissorluq fakultəsində oxuyan Masər Həsənov ümid edir ki, gələcəkdə film çəkərkən əlilliyi olan personaj roluna aktyor kimi də məhz elə bir insanın "özünü tapmaq" imkanı yaranacaq.
"Əsa" teatrının ilk tamaşası oktyabr ayının sonu, Mahnı teatrının səhnəsində nümayiş olunacağı planlaşdırılır.
"Əsa" teatrının səhnə məşqinə BBC Azərbaycancanın müxbiri Elnarə Məmmədova qatılıb.

Video, Tağıyevin baxımsız evi və nəticəsilə söhbət, Duration 5,19
Mərdəkanda yerləşən Hacı Zeynalabdin Tağıyevin bağ evi ötən əsrin əvvəllərində inşa olunub və bu gün binanın 1 əsrdən çox yaşı var.