Galaxy Note 7-nin dəyişdirilməsi üzrə məntəqələr açılır

Galaxy Note 7 Fotonun müəllifi Getty Images
Image caption Samsung Galaxy Note 7 telefonlarının istehsalı dayandırılıb

Cənubi Koreyanın Samsung Electronics şirkəti batareya qüsuruna görə alovlanan Galaxy Note 7 smartfonlarını dəyişdirmək üçün aeroportlarda xüsusi məntəqələr yaradır.

Şirkət Galaxy Note 7 əvəzinə hansı telefonun veriləcəyini dəqiqləşdirməyib.

İlk dəyişdirmə məntəqələri Cənubi Koreya və San Francisco aeroportunda açılıb. Onların sayının artırılacağını bildirən Samsung əlavə məntəqələrin Avstraliyada açılacağını qeyd edir.

Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin aviasiya şirkətləri Galaxy Note 7 smartfonlarının təyyarədə istifadəsini qadağan edib.

Galaxy Note 7 avqust ayında satılmağa başlayıb.

Bu smartfondakı batareyanın alovlanması və partlaması barədə şikayətlərdən sonra Samsung şirkəti Galaxy Note 7-nin satışlarını dayandırmışdı.

Bir qədər sonra isə Cənubi Koreya nəhəngi bəyan etdi ki, smartfonların istehsalı da dayandırılır.

Əlaqəli mövzular

Bu barədə daha geniş