Mosul: Kürdlər "genişmiqyaslı hücuma keçir"

İraq qüvvələri Mosul üzərinə zərbələr endirir

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

İraq qüvvələri Mosul üzərinə zərbələr endirir

Kürd döyüşçüləri özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın əlindəki Mosulu almaq üçün şəhərin şimal və şərqdəki rayonlarına genişmiqyaslı hücuma keçdiklərini bildirirlər.

Kürdlərə əsasən əməliyyatın əsas məqsədi şəhər ətrafında mühasirə halqasını daraltmaqdır.

Mosul şəhəri İD-nin İraqda istehkamı hesab olunur.

Videonun alt yazısı,

Mosul: “Qurtuluşu gözləyən şəhər”

Şəhər üzərinə əməliyyatda İraq ordusu, şiə və sünni qrupları iştirak edir.

Bəzi əlamətlərə görə İD liderləri şəhəri tərk ediblər, ABŞ hərbiyyəsi bildirir.

Mosulda 5 minədək İD üzvünün olduğu güman edilir.