Apellyasiya məhkəməsi Faiq Əmirlini şikayətini rədd edib

Faiq Əmirli

Şəklin mənbəyi, courtesy

Apellyasiya məhkəməsi cümə günü "Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirlinin həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsinə dair şikayətini təmin etməyib, vəkil deyir.

Vəkil Aqil Layıcovun bildirir ki, bu prosesdə Bakı Nəsimi Rayon məhkəməsinin ötən həftə Faiq Əmirli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsiylə bağlı şikayətinin təmin edilməməsinə baxılırdı.

Vəkil qəzetin maliyyə direktorunun özünü yaxşı hiss etdiyini bildirir.

Faiq Əmirli bu il avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.

Cənab Əmirli Cinayət Məcəlləsinin dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə və milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülenin tərəfdarlarının "Hizmet" Hərəkatının imamı kimi təqdim edir.

AXCP Faiq Əmirlinin həbsini siyasi motivli adlandırır.

Həftə əvvəlində Faiq Əmirlinin avqust ayından bəri görüşə bilmədiyi ailə üzvləri ilə görüşünə icazə verilib.

Müxalifətyönlü Azadlıq qəzeti maliyyə problemlərinə görə təxminən 1 aydır ki çap edilmir.