Lukaşenko: İkinci Avropa Oyunları Belarusda keçiriləcək

Aleksander Lukaşenko Fotonun müəllifi LINTAO ZHANG/ Getty
Image caption Belarus prezidenti Aleksandr Lukaşenko Minskin ikinci Avropa Oyunlarına ev sahibliyi etməyə hazır olduğunu deyib

Minsk 2019-cu ildə keçirilməsi planlaşdırılıan ikinci Avropa Oyunlarına ev sahibliyi edəcək, Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Cənab Lukaşenko bu barədə cümə günü Minskdə keçirilən Avropa Olimpiya Komitəsinin (EOC) görüşündə deyib, Reuters xəbər verir.

"Biz tarixi qərara gəlmişik və 2019-cu ildə Avropa idmançıları burada toplaşacaqlar", cənab Lukaşenko EOC Baş Assambleyasında bildirib, Belta xəbər agentliyi yazır.

"Belarus 2019-cu ildə ikinci Avropa Oyunlarını keçirməyə hazırdır", Belarus prezidenti əlavə edib.

Aleksandr Lukaşenko həmçinin ölkənin milli Olimpiya Komitəsinə rəhbərlik edir.

Fotonun müəllifi Tom Pennington/ Getty
Image caption Birinci Avropa Oyunlarının açılış mərasimi 2015-ci ilin iyun ayında Bakı Olimpiya Stadionunda baş tutub

Birinci Avropa Oyunları 2015-ci ildə Azərbaycan paytaxtı Bakıda keçirilib.

Həmçinin oxuyun: Avropa Oyunları Azərbaycana neçəyə başa gəlib?

Bir neçə milyard dollara başa gəlmiş idman yarışları üçün növbəti ev sahibinin tapılması asan olmayıb.

Niderland yarışlara çəkiləcək xərclərdən ehtiyatlanaraq ev sahibliyi etməkdən imtina edib. Rusiya isə kütləvi dopinq qalmaqalına görə ikinci Avropa Oyunlarını keçirə bilməyib.

2018-ci ildə isə Berlin və Glasgow şəhərlərində bu yarışa rəqib olan Avropa İdman Çempionatının keçirilməsi planlaşdırılır.

Əlaqəli mövzular

Bu barədə daha geniş