İlham Əliyev Donald Trump-a zəng edib

Fotonun müəllifi Azertag

Azərbaycan dövlət başçısı ABŞ-ın yeni seçilmiş prezidenti Donalda Trump-a telefonla zəng edib, Azərbaycan liderinin mətbuat xidməti bildirir.

İlham Əliyev Donald Trump-ı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edərək iki ölkənin müxtəlif sahələrdə uğurlu əməkdaşlığını qeyd edib.

President.az saytında yerləşdirilmiş məlumata əsasən Azərbaycan dövlət başçısına minnətdarlığını bildirən Donald Trump İlham Əliyev haqqında "çox xoş sözlər" eşitdiyini deyib.

Noyabrın 17-də Donald Trump-ın komandası, seçilmiş prezidentin Azərbaycanla yanaşı, Hollandiya və Polşa liderləri ilə də söhbət etdiyini bildirib.

Donald Trump 8 noyabrda keçirilən prezident seçkilərində qalib gəldikdən sonra hazırkı prezident Barack Obama ilə hakimiyyətin təhvil verilməsini müzakirə edib.