Həsir toxumaqla ailə dolandıran Masallı sakini

Həsir Fotonun müəllifi Gülər Abbasova

64 yaşlı Sidiqə Alışova Masallı rayonunda həsir toxuma sənətini yaşadanlardan biridir.

Özünün dediyinə görə 1975-ci ildə Musaküçə kəndində gəlin köçəndən bəri bu işlə məşğul olmağa başlayıb. Qaynanasından öyrəndiyi sənətlə o həm qız köçürüb, həm oğul evləndirib.

Gülər Abbasovanın BBC Azərbaycanca üçün reportajı.

Həsir Azərbaycan məişətinin bir hissəsi, xalq sənəti növlərindən biridir.

Fotonun müəllifi Gülər Abbasova

Tarixi qədim zamanlara gedib çıxan bu sənət növü ən çox cənub zonası - Astara, Masallı, Lənkəran və Kür-Araz çaylarının qovuşuq rayonlarında yayılıb.

Cənub bölgəsində hava rütübətli olduğundan nəmişlikdən qorunmaq üçün həsir ən yaxşı vasitə sayılır. Belə ki, evlərdə xalça-palaz altına həsir döşənir və bununla rütubətdən qorunurlar.

Fotonun müəllifi Gülər Abbasova

Həsir toxumaq üçün xüsusi dəzgahlardan istifadə olunur. Bəzi bölgələrdə - Astara və Lənkəranda naxışlı həsirlər toxunur, Masallıda isə sadə həsirlərə üstünlük verilir.

"Çox əziyyətli işdir. Bütün günü əlim soyuq sudadır. Toxuyanda gərək çubuqları isladasan, yoxsa toxumaq olmur", - Sidiqə nənə toxumaqdan qabarmış, göyərmiş əllərini göstərib danışır.

Fotonun müəllifi Gülər Abbasova

"Yaşlı adamlarıq, amma bu işdən əl çəkə bilmirik. Təqaüd bizi qane etmir, bununla dolanırıq".

Sidiqə nənə 140 manat təqaüd alır. Deyir, bu pulla dolanmaq olmur. Əllərinin qabarına baxmayaraq ailə dolandırmaq üçün əziyyətə qatlanır, həsir toxuyub satır.

Fotonun müəllifi AP
Fotonun müəllifi Gülər Abbasova

"Müştərilər ən çox Bakıdan, Gəncədən gəlir. Elə vaxt olur 30-50, hətta 100 ədəd həsir istəyirlər",- deyir Sidiqə nənə.

Fotonun müəllifi Gülər Abbasova

Uzunluğu 3-4, eni 1- 1.5 metr olan həsirlərin biri 10 manata, bəzən bir qədər ucuz, 7 manata da satılır. Daha böyük həsirlər də sifariş olunur, onların da qiyməti ölçüsünə görə artır.

Fotonun müəllifi Gülər Abbasova

Musaküçədə həsir toxuyanlar mallarını bazara çıxarmağa ehtiyac görmür. Çünki müştərilər elə birbaşa həsirləri onlardan alır.

Fotonun müəllifi Gülər Abbasova

Sidiqə nənə deyir, həsir evdə, quru yerdə saxlananda çox qalır. Elə həsir var 10 il qalır. Amma nəmişlik olan yerdə 2 il qala bilir.

Fotonun müəllifi Gülər Abbasova
Fotonun müəllifi Gülər Abbasova

Bu barədə daha geniş