Gürcü və azərbaycanlıların birgə bayramı - Kürmükoba bayramı

Şəklin mənbəyi, Gülər Abbasova
Noyabrın 23-də Qax rayonunun Kürmük kəndində həm azərbaycanlıların, həm də gürcülərin birgə bayramı qeyd olunub.
Qaxın etnik azərbaycanlı sakinləri bu günü Kürmükoba bayramı, gürcülər və Gürcüstandan gələn ziyarətçilər isə Müqəddəs Georgi Günü adıyla qeyd edirlər.
Fotoqraf Gülər Abbasovanın BBC Azərbaycanca üçün reportajı.
İldə iki dəfə 6 may və 23 noyabrda keçirilən bayramda dini mənsubiyyətindən asılı olmayaraq hər bir qaxlı iştirak edir. Bayram günü Kümrük məbədi ziyarət olunur.
Şəklin mənbəyi, Gülər Abbasova
Şəklin mənbəyi, Gülər Abbasova
Bayramın adı onun yerləşdiyi ərazi ilə bağlıdır. Keçmişdə bu məbədin ən böyük ziyarətgahlardan biri olduğu və yerli əhalinin burada mövsümi bayram kimi Kürmükoba bayramını qeyd etdiyi deyilir.
Şəklin mənbəyi, Gülər Abbasova
Qaxlı gürcülər bu bayramı müqəddəs Georginin doğum günü şərəfinə qeyd edirlər. Ziyarərə yerli sakinlərdən başqa yaxın bölgələrdən, eləcə də Gürcüstandan gələn zəvvarlar da qoşulur.
Şəklin mənbəyi, Gülər Abbasova
Ziyarət günü məbədə gələnlər Allaha sitayiş və dualar edir, şamlar yandırır, qurban kəsirlər.
Şəklin mənbəyi, Gülər Abbasova
Şəklin mənbəyi, Gülər Abbasova
Zəvvarlar məbədin yaxınlığında yerləşən qədim daşın üzərinə arzularını söyləyərək şam yandırırlar.
Şəklin mənbəyi, Gülər Abbasova
Qara daşın his basmış, yapışqan səthindən bəllidir ki, ona inam, etiqad çox böyükdür. Bu inancların kökü qədim zamanlardan gəlir.
Şəklin mənbəyi, Gülər Abbasova
"Balam türmədədir, Rusiyada. Onun üçün, anam üçün, rəhmətə gedən atam və bacım üçün dua etməyə gəlmişəm.
Özüm avtomobil qəzasına düşmüşəm. Amma buranı necə qalxdım, heç hiss də eləmədim", 55 yaşlı Xədicə Havalayeva Balakən rayonu, Katex kəndindən ziyarətə gəlib.
Şəklin mənbəyi, Gülər Abbasova
Hərə öz dilində Allaha dualar edir. Niyyəti qəbul olmuş insanlar burada qurban kəsirlər.
Şəklin mənbəyi, Gülər Abbasova
Zəvvarlar arasında kilsə yolunu, ziyarətini ayaqyalın çıxanlar da olur.
Şəklin mənbəyi, Gülər Abbasova
"14 ildir bura ziyarətə gəlirəm. Bu dəfə əhd eləmişdim ki, ayaqyalın ziyarət edim. Nə əhd etdiyimi deyə bilmərəm, bu sirrdir.
Qoy Allah özü hər kəsə kömək olsun", 28 yaşlı İrakli Tartaraşvili Qaxa Gürcüstandan, Tbilsidən gəldiyini deyir.
"Əhd eləmişdik ki, sağlıq olsun, qoç gətirək, bu ziyarətdə kəsək", Vitali və Viseli Marcenaşvili əmioğulları.
Şəklin mənbəyi, Gülər Abbasova
Ziyarətə qoçla yanaşı xoruz da qurban deyib gətirənlər olur.
Bu günü böyükdən kiçiyə hamı bir-birini təbrik edir, xoş sözlər deyir.
Şəklin mənbəyi, Gülər Abbasova
Bayram günü məbəd yolunun üzərində kilsə şamları satan ağbirçəklərə rast gəlmək olur.
Onlardan biri, 78 yaşlı Manea Kulaşvili deyir artıq 15 ilə yaxındır ki, hər il iki dəfə bu bayram günü kilsə şamları satmağa gəlir.
Şəklin mənbəyi, Gülər Abbasova
Hava şaxtalı, qarlı olduğundan ziyarətdən sonra zəvvarlar ocaq bağına toplaşıb söhbət edir, günün şərəfinə kiçik süfrə açırlar.
Şəklin mənbəyi, Gülər Abbasova