Qaz-işıq: nə qədər ödəyəcəksiniz?

Azərbaycanda Tarif Şurasının qərarı ilə təbii qaz və elektrik enerjisi ödənişləri üçün Azərbaycanda ilk dəfə olaraq differensiallaşmış tarif tətbiq edilir.

"Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib".

Elektrik enerjisinin isə 250 kilovatt/saata qədəri 0.07 qəpiklə 17.5 manatla, bu limitdən sonrakı sərfiyyat isə 0.11 qəpiklə hesablanacaq.

Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün, yəni müəssisə və ya şirkət tipli gəlir əldə edən qurumlara isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunacaq.

İşığın qiymətlər cədvəli Tarif Şurasının elektrik enerjisi ödənişləri üçün ilk dəfə təqdim etdiyi differensiallaşmış tarifinə əsasən hazırlanıb.

Qazın qiymətlər cədvəli iqtisadçı İlham Şabanın illik qaz istehlakına əsasən hazırlanıb.