Lady Gaga zorlanmadan sonra stressdən "əziyyət çəkib"

Şəklin mənbəyi, Lady Gaga / Twitter
Lady Gaga (anası Cynthia ilə yanaşı oturub) səfəri zamanı New York evsizlər mərkəzində
Lady Gaga, 19 yaşında təcavüzə məruz qaldığı üçün PTSD (Post-travmatik stress pozuqluğu) olduğunu deyib
ABŞ pop ulduzu Lady Gaga, 19 yaşında təcavüzə məruz qaldıqdan bəri post-travmatik stress pozuqluğudan (PTSD) əziyyət çəkdiyini deyib.
O, bu əqli sindrom haqqında ötən ay baş çəkdiyi gənc LGBT insanlar sığınacağında danışıb.
Görüşdən sonra verdiyi televiziya müsahibəsində o bilidirib: "Mən əqli xəstəlikdən - PTSD-dən əziyyət çəkirəm. Bunu əvvəl heç kimə deməmişdim."

Şəklin mənbəyi, Twitter
Gaga görüşdüyü insanlara bölüşdüyü hekayətlərinə görə minnətdarlığını bildirib.
30 yaşlı Lady Gaga, təcavüz haqqında ictimaiyyətə ilk dəfə iki il qabaq danışıb.
"Ən gizli sirrlər"
New York-da Ali Forney Mərkəzinə ziyarəti zamanı o, evsiz lezbian, gey, biseksual və transgender yeniyetmələrə bu travmanın ona, başqalarını başa düşməkdə kömək etdiyini söyləyib.
Lady Gaga Twitter hesabında bunları paylaşıb: "Bu gün mən, ən gizli sirlərimi dünyaya bəyan etdim. Sirlər insanı xəcalət hissi ilə yaşadır."
Mərkəzdə yaşayan gənclərdən biri deyib: "Lady Gaga-nın bu gün etdiyi xeyirxahlıq hələ də sevginin yaşadığına işarədir və o sevgidən mənə də pay düşür."