Məsafə-dən simalar: Hüquq müdafiəçilərinin layihəsi

Məsafə

Azərbaycanlı hüquq müdafiəçiləri İnsan hüquqları günündə basqılarla üzləşən fəalların vəziyyətini diqqət mərkəzinə çəkən yeni layihə ilə çıxış ediblər.

"Demokratiya naminə incəsənət" kampaniya qrupunun Məsafə (Distance) layihəsi Azərbaycanda fəaliyyətilə bağlı repressiyalara məruz qalan, həbs olunmuş şəxslər və onların ailə üzvlərinin şəkillərini çəkərək bir araya gətirib, layihə müəlliflərindən Cahangir Yusif BBC Azərbaycancaya bildirib.

"Məsafə" avtoritar, qapalı cəmiyyətlə azad, sivil cəmiyyət arasındakı mübarizəni ifadə edir. Bu mübarizəni aparan, siyasi kimliklərindən və vətəndaş məsuliyyətlərindən imtina etməmiş insanların yaşadıqları prosesi göstərir. Bu ağır prosesdə siyasi məhbuslar və onların uğrunda mübarizə apardıqları ideyalar arasındakı məsafəni, öz doğmaları ilə üzləşdikləri repressiyalardan dolayı yaşadıqları məsafəni təmsil edir".

Layihənin rəhbəri 2014-cü ilin avqustunda həbs edilmiş hüquq müdafiəçisi Rəsul Cəfərovdur. O, 2016-cı ildə azadlığa çıxandan sonra layihə üzərində işləməyə başlayıb.

Azərbaycan hökuməti ölkədə siyasi məhbus olmadığını bildirir, və insan haqlarının pozulması ilə bağlı tənqidləri qərəzli adlandırır.

İnsan hüquqları günü BMT Baş Məclisinin qərarı ilə 1948-ci ildə təsis olunub və 1950-ci ildən bəri qeyd edilməkdədir.

Şəklin alt yazısı,

Zaur Qurbanlı (Həyat yoldaşı Günel Əlisgəndərli ilə), NİDA hərəkatının üzvü, 1.9 il həbsdə olub.

Şəklin alt yazısı,

Üzeyir Məmmədli, NİDA hərəkatının üzvü, 1.9 il həbsdə olub.

Şəklin alt yazısı,

Nurcahan Əbilova (Ana və Ramin Əhədov), həbsdəki bloqqer Əbdül Əbilovun anası və qardaşı, 22 noyabr 2013-cü ildən həbsdədir.

Şəklin alt yazısı,

Atlas Rüstəmzadə (ana), Türkan Rüstəmzadə (bacı), Bəkir Rüstəmzadə (ata), NİDA hərəkatının üzvü İlkin Rüstəmzadə 17 may 2013-dən həbsdədir.

Şəklin alt yazısı,

Atlas Rüstəmzadə (ana), NİDA hərəkatının üzvü İlkin Rüstəmzadə 17 may 2013-dən həbsdədir.

Şəklin alt yazısı,

Anar Məmmədli, hüquq müdafiəçisi, 2.3 il həbsdə olub.

Şəklin alt yazısı,

Nigar Yaqublu, Musavat partiyasının üzvü, 6 ay həbsdə olub, Tofiq Yaqublu, Müsavat partiyasının sədr müavini, 3.2 il həbsdə olub.

Şəklin alt yazısı,

Yadigar Sadıqov, Müsavat partiyasının sədr müavini, 2.9 il həbsdə olub.

Şəklin alt yazısı,

Aslan (oğul), Könül (həyat yoldaşı) və Zəhra (qızı), Rəşad Ramazanov bloqqer, 9 may 2013-dən həbsdədir.

Şəklin alt yazısı,

Rəşadət Axundov, NİDA hərəkatının idarə heyəti üzvü, 3 il həbsdə olub.

Şəklin alt yazısı,

Ömər Məmmədov, NİDA hərəkatının üzvü, 2.2 il həbsdə olub.

Şəklin alt yazısı,

Sirac Kərimli, Müsavat partiyasının üzvü, 1.9 il həbsdə olub.

Şəklin alt yazısı,

Məşğul Həzi (ata), jurnalist Seymur Həzi 28 avqust 2014-dən həbsdədir.

Şəklin alt yazısı,

Məşğul Həzi (ata), jurnalist Seymur Həzi 28 avqust 2014-dən həbsdədir.