Bakıda Yeni ilin yolkasını bəzəyirlər

Şəklin mənbəyi, Gülər Abbasova
Bakı bulvarında ölkənin ən hündür, 37 metrlik yolka ağacı bəzədilir. Ağacın qurulması və bəzədilməsi beş gün çəkir. Bu barədə fotoreportajı BBC Azərbaycanca üçün Gülər Abbasova hazırlayıb.
Mərkəzi küçələrdə Yeni il yolkaları, oyuncaq, bər-bəzəkləri satan satıcıların dediyinə görə bazarlıq ötən illə müqayisədə kəskin dərəcə zəifləyib.

Şəklin mənbəyi, Gülər Abbasova
Satıcılar bildirir ki, ən bahalı sayılan malları, xüsusi ilə yolkanı təkcə Bakıda yaşayan əcnəbilər alır. Yerli sakinlər isə 5-10 manatlıq suvenirlər, oyuncaq ala bilir.

Şəklin mənbəyi, Gülər Abbasova
Bayram ərəfəsində şəhərin müxtəlif yerlərində yarmarkalar keçirilir.
"Soyuq əllər, İsti ürək" adlı xeyriyyə yarmarkası artıq üç ildir ki Fəvvarələr Meydanında təşkil olunur.

Şəklin mənbəyi, Gülər Abbasova
Yarmarka "NARGIS" Nəşriyyat Evinin təşkilatçılığı ilə keçirilir və burada toplanan vəsait xeyriyyə işlərinə sərf olunur.

Şəklin mənbəyi, Gülər Abbasova
Yeni il ab-havasında bəzədilmiş taxta köşklərdə əl işləri, suvenirlər, oyuncaqlar, yolka bəzəkləri və s. satışa qoyulur.

Şəklin mənbəyi, Gülər Abbasova
Gənclər bir yerdə əylənməyi, selfie çəkdirməyi unutmurlar.

Şəklin mənbəyi, Gülər Abbasova

Şəklin mənbəyi, Gülər Abbasova

Şəklin mənbəyi, Gülər Abbasova
Yarmarkaya qatılanlar arasında turistlərə çox rast gəlmək olur.

Şəklin mənbəyi, Gülər Abbasova
Şəhərin ikinci böyük yarmarkası İçəri Şəhərdə təşkil olunub. Yarmarka yanvarın 15-ə kimi davam edəcək.

Şəklin mənbəyi, Gülər Abbasova

Şəklin mənbəyi, Gülər Abbasova