İosif Stalinin nəvəsi Yevgeni Cuqaşvili vəfat edib

Şəklin mənbəyi, RIA Novosti
Cənab Cuqaşvili müntəzəm olaraq babasını Rusiya məhkəmələrində müdafiə edirdi.
Moskvada sovet lideri İosif Cuqaşvilinin (Stalin) nəvəsi Yevgeni Cuqaşvili 80 yaşında vəfat edib.
Təcili yardımın məlumat xidməti Yevgeni Cuqaşvilinin vəfat etməsi barədə məlumatı təsdiqləsə də, ölümün təfərrüatlarını acıqlamayıb.
Life nəşrinin yazdığına görə Cuqaşvili yaşadığı evin yaxınlığındakı küçə ilə gedərkən özünü pis hiss edib.
Yoldan keçənlər təcili yardım çağırsalar da, həkimlər gələnə qədər Cuqaşvili vəfat edib.
Yevgeni Cuqaşvili 1936-ci ildə anadan olub. Onun atası Stalinin böyük oğlu Yakov Cuqaşvilidir. Yevgeni Cuqaşvili tarix və hərbi elmlər üzrə namizəd olub.
Cənab Cuqaşvili müntəzəm olaraq babasını Rusiya məhkəmələrində müdafiə edirdi.
O, Stalini kütləvi qətliamlarda günahlandıran, onun ünvanına ağır ittihamlar səsləndirən, xüsusilə Katında polşalı zabitləri güllələnməsində ittiham edən nəşrlərə, məmurlara və jurnalistlərə qarşı iddia qaldırırdı.
Lakin, Dövlət Duması və Federal Arxiv Agentliyinə qarşı Cuqaşvilinin iddiaları rədd edilmişdi.
2010-cu ildə Rusiya prezidenti Dmitri Medvedevə müraciət edən Cuqaşvili həmən illərdə baş nazir olmuş Vladimir Putini Katın məsələsindəki mövqeyinə görə tənqid etmişdi.
Yevgeni Cuqaşvili 1990-cı illərdə Kommunist Partiyasını və Stalini təmsil edərək siyasi fəaliyyətlə də məşğul olub. 2001-ci ildə isə o, Gürcüstanın Xalq Vətənpərvərlər İttifaqı Partiyasına başçılıq edib.

Video, Ulu babasının qatillərini tapmış sibirli Denis
Sibirdən olan Denis Karaqodin 1937-ci il Stalin repressiyaları zamanı ulu babasını kimin öldürdüyü tapmaq üçün beş il sərf edib.