Yeni il bayramı: az və orta gəlirli ailələr necə qeyd edir?

Yeni il bayramı: az və orta gəlirli ailələr necə qeyd edir?

Həftə sonu dünyada qeyd ediləcək Yeni ilin qarşılanması bayramı ən çox uşaqlar tərəfindən sevilir.

Bayram üçün qurulan və bəzədilən şam ağacları, uşaqlar üçün təşkil edilən şənliklər və bayram süfrəsi müəyyən dəfərəcədə vəsait tələb edir.

BBC Azərbaycanca iki müxtəlif gəliri olan ailənin bu bayrama necə hazırlaşması ilə maraqlanıb.

Arzu Əliyevanın ailəsinin gəliri aylıq 61 AZN-dir. Ailə 6 nəfərdən ibarətdir və bu gəlir yalnız ailə başçısı vəfat etdiyi üçün 14 yaşında uşağa dövlət tərəfindən verilən təqaüdün həcmidir.

Digər ailə isə aylıq gəliri orta hesabla 1000 manatdır. Üç nəfərdən ibarət bu ailə yeni ilin gəlişini hər il övladları üçün unudulmaz etmək üçün çalışırlar.

Videonu BBC Azərbaycanca müxbirləri Günel Səfərova və Elnarə Məmmədova hazırlayıb.